Ana südünün tərkibindəki hormonlar körpənin iştahını tənzimləyir
04.08.2021 10:16
“Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahın və metabolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir”.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının pediatrı Fərəh Vahabova 1-7 avqust ana südü ilə qidalanma həftəsi çərçivəsində “Ana südü ilə qidalanmanın üstünlükləri” mövzusunda ətraflı məlumat verib. Həkim bildirib ki, mövcud elmi dəlillərin böyük əksəriyyəti ana südü ilə qidalanmanın lehinə çıxış edir. Dəri təması, erkən və müstəsna olaraq ana südü ilə qidalanma körpənin inkişafına kömək edir. Tərkibində balanslaşmış komponentlər, hormonlar, müxtəlif boy faktorları, çoxlu miqdarda bioloji aktiv maddələr olması səbəbilə ana südü körpənin böyümə və inkişafı üçün ideal qidadır.
 
Eyni zamanda, ana südü ananın sağlamlığı üçün vacib olan reproduktiv prosesin bir hissəsidir. Ana südünün bütün komponentlərinin tərkibi və nisbəti körpənin mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün ana südündəki fermentlər (amilaza, lipaza, fostotaza, proteaza) və daşıyıcı zülallar körpə tərəfindən asanlıqla mənimsənilir. Ana südünün tərkibindəki hormonlar və müxtəlif boy faktorları uşaqda iştahın və metabolizmin tənzimlənməsində çox böyük əhəmiyyət kəsb edir.
 
Nə keyfiyyətinə görə, nə də balanslaşmış komponentlərinə görə ana südündə olan bioloji aktiv birləşmələri tam təkrarlamaq mümkün deyil. Ana südünün tərkibində olan immunoqlobulinlər immuniteti, həmçinin, bağırsağın selikli qişasının səthində yerləşərək yerli immuniteti təmin edir. Ana südü 0-6 aylıq uşaqların qidalanması üçün “qızıl standart” hesab olunur. Vaxtından əvvəl doğulan uşaqlarda ana südü ilə qidalandırmanın əsas üstünlükləri onlarda çəkinin daha yaxşı artması, infeksion-iltihabi xəstəliklərin daha az inkişaf etməsidir. Ana südü ilə qidalanmanın üstünlükləri:
 
- Uşağı infeksiyalardan müdafiə edir;
- Uşağın immun sistemini aktivləşdirir;
- Xroniki xəstəliklərin qarşısını alır;
- Daha böyük uşaq yaşlarında diabet, piylənmə, hipertoniya xəstəliyi və aterosklerozun əmələ gəlmə riskini azaldır;
- Allergik reaksiyaların əmələ gəlmə riskini azaldır;
- Ani uşaq ölümü sindromunun yaranması riskini azaldır;
- İdrak (dərketmə) proseslərinin inkişafında iştirak edir, beyin inkişafını təmin edir və böyüyərkən məktəb göstəricilərinin artmasına kömək edir;
- Döşəmmə zamanı uşaqlarda həzzalma hormonları – endorfinlər əmələ gəlir.Endorfinlər isə stress hormonlarına təsir edərək onların səviyyəsini azaldır;
- Ana ilə körpə arasında lap erkən dövrlərdə tam emosional yaxınlıq yaranır;
- Hamiləlikdən qorunmaının fizioloji metodu hesab olunur;
- Doğuşdan sonra qanaxmaların və anemiyanın yaranma ehtimalını azaldır;
- Hamiləlikdən əvvəlki bədən kütləsini bərpa etmıkdə kömək edir;
- Süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən və xərçəngdən qoruyur;
- Anada osteoporozun qarşısını alır;
- Ana südü erkən yaşlı uşaqları qulaq infeksiyalarından, ishal, pnevmoniya və bir çox xəstəliklərdən qoruyur.
 
İnfeksiyaya qarşı maddələrin konsentrasiyası ana südündə uşağın bir yaşından sonra da qalmaqda davam edir və infeksiyadan müdafiə edir. Ana südü ilə qidalanan uşaqlar fiziki inkişafları ilə seçilirlər, sinir sistemləri daha sakit olur, təmkinli, mehriban, xeyirxah olurlar, valideyn qayğısına qarşı optimal davranış qaydaları yaranır, çənənin forma və inkişafının yaxşılaşması ilə dişləm anomaliyaları azalır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev