Saçlar və baş dərisi üçün mükəmməl QARIŞIM
05.08.2021 21:38

Həkim-fitoterapevt Fizuli Hüseynov saçlar və baş dərisi üçün faydalı qarışım resepti təqdim edib. 

 

Aztibb.az həmin qarışımı təqdim edir:

 

50 qram miqdarında ölmüş bal arılarını qəhvəüyüdəndə üyüdüb 500 qram bal ilə qarışdırın, 15 gün qaranlıq yerdə saxlayın gündə 1 dəfə qarışdırın, sonra istifadə edin.

 

Həkimin sözlərinə görə, arı ölüsündə həm xitin, həm də arı zəhəri olduğundan saç diblərinə qıcıqlandırıcı və qidalandırıcı təsir göstərir: "Qarışım o qədər güclü təsirə malikdir ki, demək olar ki saç və baş dərisi ilə bağlı bütün problemləri aradan qaldırmaq gücünə malikdir. Qarışım saç tökülməsinin bütün formalarında, həm hissəvi, həm də diffuz tökülmə formalarında faydalıdır. Saçları olduqca yaxşı formada canlandırır. Yeni tökülmüş bütün saçları bərpa edir. Saçlarda göbələk və seboreyalar üçün çox faydalıdır"

 

İstifadə qaydası:

 

Qarışım gündə 1 dəfə saç diblərinə vurulur. 30 dəqiqə sonra adi ilıq su ilə yuyulur.

F.Hüseynov qeyd edib ki, arışımı vuran zaman qaşınma və qızartı olarsa, qarışıma qarşı allergiyanız var. Bu zaman istifadəni dayandırmaq lazımdır.

 

O, qarışımın boyun, diz və başqa oynaq ağrılarında da faydalı olduğunu bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev