“Park Bulvar”da TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib (FOTO)
03.08.2021 12:21

COVID-19 pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndlənməsi davam etdirilir. Tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə ölkənin iri ticarət mərkəzlərində də səyyar briqadalar fəaliyyət göstərir.

 

Aztibb.az xəbər verir ki, Park Bulvar Alış-veriş Mərkəzində TƏBİB tərəfindən səyyar vaksinasiya məntəqəsi təşkil edilib. Vaksinasiyada iştirak etmək istəyən hər bir şəxs AVM-nin 2-ci mərtəbəsində yerləşən peyvənd otağına yaxınlaşa bilər. Vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak edə bilərlər.

 

Park Bulvar Alış-veriş Mərkəzində peyvənd olunmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçib 1 saylı şəhər poliklinikasını qeyd etmək lazımdır. Səyyar vaksinasiyada Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. AVM-də fəaliyyət göstərən briqadanın həkimlərinin bildirdiyinə görə, vaksinasiya prosesi normal keçir və burada peyvənd olunan şəxslərdən heç bir şikayət daxil olmayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır