Süd vəziləri toxumasının infeksion iltihabi xəstəliyi olan - İrinli mastit
02.08.2021 18:06
İrinli mastit — süd vəzilərinin vəzili və ya intersitisial toxumasının infeksion iltihabi xəstəliyidir.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, patologiya hipertermiya, titrəmə, toxuma ödemi və ağrı, süd vəzində bir, bir neçə və ya çoxsaylı irinliklərin əmələ gəlməsi ilə təzahür edir.
 
Süd verən qadınlarda mastitin əlamətləri doğuşdan iki-üç həftə sonra inkişaf edir. Pasiyentlərin əksəriyyətində əvvəlcə kəskin süd durğunluğu yaranır, yəni hələ vəzə mikrob düşmür. Belə vəziyyət süd vəzisində ağırlıq və gərginlik hissi ilə özünü göstərir.
 
Əgər müalicə gecikərsə, 2-3 gündən sonra infiltrativ mastit inkişaf edir. Ümumi intoksikasiya əlamətləri güclənir – titrətmə və güclü tərləmə ilə müşayiət olunan hərarət qalxır. Qadın kəskin zəiflik və əzginlikdən, güclü başağrılarından şikayətlənir.
 
Diaqnostika məqsədilə süd vəzilərinin palpasiyası, USM-i aparılır, laborator metodlardan istifadə edilir. Müalicəsi cərrahidir - irinlik yarılır və drenə olunur, sektoral rezeksiya icra olunur, ehtiyac yarandıqda daha radikal müdaxilə həyata keçirilir. Cərrahi müalicədən sonra antibiotiklər və dezintoksikasion terapiya təyin olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev