Doğuşa yardım xidməti göstərən tibb işçiləri üçün təlim kursu başa çatıb
02.08.2021 17:17

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə “Neonatal xidmətin yaxşılaşdırılması üzrə işçi qrup”un fəaliyyət planına uyğun təşkil edilmiş təlim kursu başa çatıb.

 

Aztibb.az-ın məlumatına görə, Amerikanın Kardioloji Assosiasiyası və Amerikanın Pediatrik Akademiyasının Neonatal Reanimasiya Proqramı (NRP) üzrə 2020-ci ildə təsdiqlənmiş əlavələri əhatə edən növbəti təlim kursu Sumqayıt Perinatal Mərkəzdə keçirilib.

 

Təlimdə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin doğuşa yardım xidməti göstərən tibb işçiləri – ginekoloq, neonatoloq, mama və tibb bacıları iştirak ediblər.

 

Təlimçilər Nahidə Mahmudova, Sevda Əsədova, Aydan Şahbazzadə və Xeyransa Bayramova iştirakçılara NRP kurs proqramına əsasən nəzəri biliklər və praktiki bacarıqlar təqdim ediblər.

 

İki gün davam edən təlimi müvəffəqiyyətlə bitirən kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb