Hamiləlik zamanı üzmək olar? - Diqqət edilməli məqamlar
02.08.2021 15:18

Məlumdur ki, hamiləlik bütün qadınların həyatında ən həssas dönəmlərdən biridir. 9 ay ərzində sanki qadınların həyatı dəyişir. Dənizdə çimmək və üzmək da hamilələri narahat edən mövzulardan biridir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, hamiləlik zamanı erkən doğum riski, yaxud vaginal aktiv infeksiya yoxdursa, üzmək mümkündür.

 

Əksinə, üzmək hamiləlik dövründə ən yaxşı idman növlərindən biri sayılır.  Bu zaman bütün əzələlər işləyir, həm ürək-qan dövranı sistemi, həm də sümük-əzələ sistemi tarazlıqda olur. Xüsusilə hamiləlik dövründə üzmək bel və bel ağrıları üçün faydalıdır.

 

Üzmək hamilələrdə ayaqlarda olan ödemi azaltmaqda da faydalıdır.

 

Üzərkən aşağıdakılara diqqət etməlidir:

 

- Hamilə qadının yanında mütləq kimsə olmalıdır (ani qıcolmalar baş verə bilər deyə).

- Sakit, nəzarətlə və yavaş-yavaş üzmək, ani tullanmalar, qəfil hərəkətlərdən çəkinmək lazımdır.

- Nəm paltarda uzun müddət qalmaq olmaz (infeksiya riski olmasın deyə).

- Uzun müddət günün altında qalmamaq, günəşdən qoruyucu kremləri hər 3-4 saatdan bir yeniləmək tövsiyə olunur.

- Bol maye içmək məsləhət görülür.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib   
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları”