Pəhriz saxlayanların pul bibərdən istifadə etməsi faydalıdır
02.08.2021 13:32

Süfrəmizin əvəzolunmaz ədviyyatlarından biri olan pul bibərdən xörəklərə acılıq və dad verilməsi üçün istifadə olunur. Acı bibər, həmçinin vacib qida maddələrini özündə birləşdirir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, istiotun vətəni Meksika və Qvatemaladır. Onun qurudulmuş növündən ədviyyatlar da hazırlanır. Pul bibər isə qırmızı Çili bibəri bitkisinin qurudulmuş formasından əldə olunur. Bu ədviyyat vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Pul bibərin xarakterik qırmızı rəngi onun tərkibində beta-karotin və A vitamininin çox olmasını göstərir. Tərkibindəki A və S vitaminləri xəstəliklərə və infeksiyalara qarşı immuniteti və orqanizmi gücləndirir.

 

Pul bibər pəhriz saxlayanlar üçün də faydalıdır. İştahakəsici təsirə malik olan bu ədviyyat bədəndəki piy toxumalarının parçalanma prosesini və metobolizmi sürətləndirir. Eyni zamanda, qanda şəkərin miqdarını və damarlara genişləndirici təsir edərək arterial təzyiqi azaldır. Tərkibindəki liyopen maddəsi hüceyrələri yeniləyir. Ancaq bu ədviyyatdan hər kəsin istifadə etməsi məsləhət görülmür. Yan təsirlərinə mədəd qıcıqlanam və narahatlıq, eyni zamanda tərləmə, üzün və bədənin hər hansı bir hissəsinin qızarması kimi hallar daxildir. Pul bibər allergik xüsusiyyətə malikdir. Hamiləlik və ya süd verən anaların həmin dövrdə pul bibər istehlakı tövsiyə olunmur, çünki bu zaman körpənin ana bətnində yanlış qidalanmasına və həmçinin ana südünün acı olmasına səbəb olur.

 

Pul bibərdən mədə qastriti, xora, bağırsaq yaralarından əziyyət çəkən xəstələrin də istifadə etməsi məsləhət deyil. Bu zaman həmin yaraların dərinləşməsi kimi hallar müşahidə oluna bilər. Böyrək, qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də bu ədviyyatlardan istifadəni minimuma endirməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev