Həkim-dermatoveneroloq: "Həddən artıq isti su ilə çimmək dərinin piy qatını aparır"
02.08.2021 12:49

Hamam həmişə rahatlıq, təmizlik, sağlamlıq və istirahət məkanı sayılıb. Hamam sözünün mənası isitmək, isti etmək deməkdir. Antik dövrlərdən məlum olub ki, isti suda yaxalanmaq yorğunluğu çıxarmaqla yanaşı, bir çox xəstəliklərin də qarşısını alır, əhval-ruhiyyəni qaldırır. Lakin tez-tez duş qəbul etmək əhvala yaxşı təsir etsə də, diqqət yetirilməli bir çox məqamlar var.

 

Mərkəzi Gömrük Hospitalının həkim-dermatoveneroloqu Sevinc Kərimovanın sözlərinə görə, bəzən yuyucu vasitələrin düzgün seçilməməsi, yaxud tərləmə ilə əlaqədar olaraq gün ərzində iki-üç dəfə isti duş qəbul edilməsi dərinin qurumağına səbəb olur. Dərinin normal ph, yəni turşu-qələvi balansı var, təmizlik xatirinə dərinin tez-tez yuyulması onun turşu-qələvi balansının pozulmasına səbəb olur. Həmin balansın pozulması isə dəriyə müxtəlif infeksiyaların daxil olmasına səbəb olur.

 

Bədəndən ifraz olunan tər və duzlar dərini qıcıqlandırır və bir çox dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Ona görə də yuyunarkən bədənə uyğun duş gelləri və sabunlardan istifadə etmək tövsiyə olunur. “Yuyunmaq üçün suyun temperaturu bədənə uyğun – haradasa 32-36 dərəcə seçilməlidir. 40 dərəcə istilikdə olan su ilə baş dərisini yumaq olar, amma bədən üçün həmin temperatur isti sayılır. Həddən artıq isti su ilə çimmək, dərini çox sabunlamaq dərinin piy qatını aparır və dəri tam quru qaldığından elastikliyini itirir. Elastiklik itəndə isə dəridə quruluq, qabıqlanmaq və xırda mikroçatlar inkişaf edir”.

 

Həkim-dermatoveneroloq bildirib ki, qış aylarında həftədə iki, yay aylarında isə bədənin tərləməsinə görə hər gün duş qəbul etmək olar. Yuyunarkən kisədən istifadə etmək də dəri üçün çox faydalıdır: “Normal duş qəbul edəndə dəri yumşalır, kisədən istifadə etməklə ölmüş epidermis dəridən xaric olur və dərinin nəfəs alması üçün rahatlıq yaranır, dəri yenilənir, yumşalır, elastikləşir və təravətlənir. Həmçinin kisə özü də masaj rolu oynayır. Lakin kisənin hər gün deyil, təxminən bir həftə, on gündən bir istifadə edilməsi məsləhətdir”.

 

Çox vaxt bədənin daha yaxşı yumşalması üçün saunaya üz tuturlar. Lakin belə isti prosedurlardan istifadə edərkən mütləq diqqətli olmaq lazımdır: “Hipertoniya və xroniki xəstələri olanların həkim tövsiyəsi olmadan həmin məkanlara üz tutmamalıdırlar, çünki isti havada bütün damarlar genişlənir və bundan sonra bayırda soyuq havaya çıxmağın da öz fəsadları ola bilər: təzyiq yüksələ, beyin qansızmaları və müxtəlif ürək xəstəlikləri baş verə bilər”.

 

Duş qəbul etmək yorğunluğu çıxarmaq, depressiyadan uzaqlaşmaq və pozitivliyə yüklənməyin ən ideal yollarından biridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev