Qohum evliliyi genetik xəstəliklərə gətirib çıxarır – Həkimdən HƏYƏCAN TƏBİLİ
02.08.2021 11:05

Qohum evlillikləri genetik ötürülən bir sıra xəstəliklərin epidemiyasına səbəb olur. Genetik xəstəliklər arasında, əsasən, autosom-resessiv ötürülən xəstəliklərin uşaqlarda görülmə riski artır.

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova qohum evliliklərindən doğulan uşaqlarda rast gəlinə biləcək xəstəliklər haqqında danışıb.

 

O bildirib ki, qohum evlilikləri ilə doğulan uşaqlarda əqli gerilik, korluq, karlıq riski də artır. Ciddi əqli gerilik qohum evlilikləri ilə ona görə əlaqəlidir ki, autosom-ressesiv ötürülən bir çox xəstəliklərdə yüngül əqli gerilik vardır. 1-ci dərəcə qohum evliliklərində uşaqların anadangəlmə qüsurlarla doğulması riski normal populyasiyadan 2 dəfə çoxdur (4-6 %, normal populyasiyada isə 2%). Birinci dərəcə qohum evliliklərində, ölüdoğulma və körpə ölümü riski də vardır. Bundan başqa bu uşaqların 4-6%-nin doğum defektləri ilə doğulma riskini nəzərə almaq lazımdır.

 

Həkim israrla qohumla evlənməyi planlaşdıran cütlüklərə məsləhətlərini də verib.

 

- Ən sıx rast gəlinən genetik xəstəliklərə görə müayinələrdən keçilməlidir.

- Hamiləlik USM və üçlü test ilə izlənilməlidir.

- Yeni doğulan körpədə topuq testi və hətta genişləndirilmiş metobolik tarama testi edilməlidir.

- Körpə doğulduqdan sonra inkişaf yönündən dəyərləndirilməli, ikinci bir hamiləlik üçün ən az 3-4 il gözlənilməlidir.

 

“Adını belə tələffüz edə bilmədiyiniz xəstəliklərin həyatınızın bir parçasına çevrilməsini istəmirsinizsə, qohum evliliyi etməyin”, - deyə G.Rəsulova çağırış edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev