İsveçrəli mütəxəssis SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud olduğunu iddia edir
01.08.2021 10:04

“SARS-CoV-2 virusunun 2013-cü ildən mövcud ola biləcəyi ehtimal olunur”.

 

Aztibb.az ria.ru-ya istinadən xəbər verir ki, bu iddianı Cenevrə Tibb Universitetinin yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarəti şöbəsinin müdiri Didye Pitte səsləndirib.

 

Mütəxəssis bildirib ki, 2013-cü ildə Çinin Uhan şəhərindən təxminən 1100 kilometr aralıda speleoloqlar tərəfindən araşdırılan mağaralarda “COVID-96” virusuna çox oxşar yoluxucu virus aşkar edilib: “Lakin mağarada çalışan insanların bu virusa yoluxa biləcəyi aydın deyil. Qaranlıq qalan şey sözügedən virusun Uhan laboratoriyalarından biri tərəfindən aşkarlanmasıdır. Bu, koronavirusun laboratoriyada yaradıldığı anlamına gəlmir”.

 

Bütün bunlara baxmayaraq D.Pitte hesab edir ki, Çin oxşar bir virusun hələ 2013-cü ildə aşkar edildiyini gizlətməyə çalışıb: “Nəşrlər, dissertasiyalar bu laboratoriyalarda çalışan insanlar tərəfindən hazırlanıb. Ancaq həmin dissertasiyalar yoxa çıxdı. Bu məqam bir az narahatlıq doğurur”.

 

Alimin sözlərinə görə, hələ 2019-cu ildə Çində keçirilən hərbi Olimpiya Oyunlarına qatılan idmançılar arasında koronavirusa bənzər bir xəstəliyin yayılması əlamətləri var idi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır