Bir sual, bir cavab - Bioloji fəal qida əlavələri nədir?
31.07.2021 18:53

Bioloji fəal maddələrin tərkibi və təyinatı nədir, dərman vasitələrindən nə ilə fərqlənirlər?

 

Qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji fəal maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. Onlara çox vaxtı yanlış olaraq “qida əlavələri” də deyirlər. Halbuki “qida əlavələri” digər kateqoriyalı məhsullara aid olub, qidanın hər hansı xassəsini - uzun müddət saxlamaq üçün, rəngini, dadını, xarici görünüşünü dəyişdirmək məqsədi ilə istifadə edilir və qidanın ümulilikdə insan orqanizminə təsirini dəyişdirmir. BFMQƏ-lərin tərkibinə bir çox maddələr daxil ola bilər: zülallar, karbohidratlar, piyli və efir yağları, vitaminlər, vitaminəbənzər maddələr, probiotiklər, prebiotiklər, fermentlər, bitki və heyvan mənşəli maddələr və s. Onların tərkibində zəhərli, güclü təsirə malik, az öyrənilmiş, qida üçün yolverilməz inqredientlərin mövcudluğu qadağandır.

 

Bu məhsullar dərman vasitələrindən fərqli olaraq qidalanmanın optimal fizioloji rasionunu təmin etmək üçün istifadə olunur. Farmakoloji effektlərə, kəskin əlavə təsirə malik olmur və yalnız fizioloji dəyişikliklər çərçivəsində insanın funksional aktivliyini qoruyub saxlamaq məqsədi daşıyır. Onlar müalicə üçün nəzərdə tutulmayıb.

BFMQƏ-nin dünya üzrə məşhur istehsalçıları bu məhsulları yeni və modern hesab etsələr də, onların primitiv formaları hələ ibtidai icma cəmiyyətində istifadə olunub. Güman edilir ki, ilk çoxkomponentli BFMQƏ Misir təbibləri tərəfindən eramızdan əvvəl V əsrdə icad olunub. Müasir BFMQƏ-nin yaranma tarixi XX əsrin əvvəllərindən başlanır və amerikalı kimyaçı Karl Rehnborgun adı ilə bağlıdır. Bu şəxs əvvəlcə hazırladığı məhsulları qida rasionunu yaxşılaşdırmaq məqsədi ilə tanışlarına pulsuz paylayıb və uğurlu nəticələr onu bu məhsulları satış üçün istehsal etmək ideyasına gətirib çıxarıb. 

 

Bu məhsullar hazırda dünyanın bütün ölkələrində, xüsusən də Avropa ölkələrində populyardır və böyük tələbat var. Həm də onları reseptsiz əldə etmək asandır deyə, əhali tərəfindən çox alınmaqdadır. Azərbaycanda isə dərman vasitələrinin qiymətləri Tarişf Şurası tərəfindən tənzimlədiyi üçün BFMQƏ-yə şamil olunmur və bu məhsullar maya dəyərindən qat-qat baha satılır.

 

Tövsiyəm budur ki, hər hansı BFMQƏ-ni qəbul etməzdən əvvəl onun haqqında çoxlu məlumat əldə etsinlər, ailə həkimi ilə məsləhətləşsinlər. Müxtəlif saytların, şirkətlərin reklamına əsaslanaraq bu məhsulları almasınlar. Bəzən şahidi olmuşam ki, bu məhsulları bərbərxanalarda, idman zallarında, hətta avtobus dayanacaqlarında belə əhaliyə təklif edirlər. Bu məhsulların Səhiyyə Nazirliyindən rəy, Qida Təhlükəsizliyi Agentliyindən isə gigiyenik sertifikat alması barədə məlumat əldə etmək üçün müvafiq qurumların qaynar xəttinə müraciət etsinlər. Çünki bu qurumların nəzarətindən keçməyən məhsulların tərkibində bəzən resepturada təqdim olunmayan, hətta insan orqanizmi üçün təhlükəli hesab edilən maddələr aşkar olunur.

 

dosent Nərgiz Məmmədova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib