Uşaqlar üçün tam təbii kartof fri və çipsilərin hazırlanması nəzərdə tutulur - AMEA
31.07.2021 22:23

AMEA Yüksək Texnologiyalar Parkında kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsinin icrasını nəzərdə tutan “TAK NOOSH GROUP” MMC müasir texnologiyaların tətbiqi ilə yeni emal müəssisəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.

 

Aztibb.az xəbər verir ki, “TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian texnoparkda həyata keçiriləcək investisiya layihəsi, idxal məhsullar ilə uğurla rəqabət apara biləcək layihənin üstünlükləri, görülən işlər, eləcə də perspektivdə nəzərdə tutulan tədbirlər  barədə müsahibəsində belə deyib.

 

O, bildirib ki,  Azərbaycan bazarında istehsalçı etimadı qazanmağı qarşısına məqsəd qoymuş “TAK NOOSH GROUP” MMC keyfiyyətli məhsul istehsal edərək idxaldan asılılığı azaltmağa dəstək verəcək, bu məhsullarla yüksək səviyyədə rəqabət apara biləcək. Avadanlıqların keyfiyyəti ilə yanaşı, istifadə olunan xammalda da yüksək keyfiyyətli məhsullardan istifadə olunacaq. Eyni zamanda qablaşdırma prosesində müasir tələblərə cavab verən texnologiyalar tətbiq olunacaq.

 

Uşaqlar üçün tam təbii, qoruyucu və qatqılardan istifadə olunmadan, zərərsiz yağlardan istifadə etməklə sağlamlığa zərər yetirməyən və ekoloji təmiz xüsusi kateqoriya üzrə kartof çipsi və frilərin hazırlanması nəzərdə tutulur. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır