Sağlamlıq imkanları məhdud uşaqlar üçün istirahət təşkil olunub - FOTOLAR
31.07.2021 18:15

Sağlamlıq imkanları məhdud bir qrup uşağın sosial könüllülərin müşayiəti ilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzinə səfəri təşkil olunub.

 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, uşaqlar əvvəlcə mərkəzdə yaradılan şəraitlə tanış olub, onlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. İstirahət müddətində uşaqlar Ağbulaq kəndini gəzib, təbiətin gözəllikləri ilə yerində tanış olublar. Burada olduqları vaxt ərzində, müvafiq kateqoriyadan olan uşaqlar sosial könüllülərlə birgə oxunması zəruri olan kitabları mütaliə edib, intellektual oyunlarda bilik və bacarıqlarını yoxlayıblar. Həmçinin vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayişi də təşkil olunub.

 

İstirahət uşaqlarda xoş ovqat yaradıb. Valideynlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, cəmiyyətə inteqrasiyaları məqsədilə müvafiq tədbirlərin icrası davam etdirilir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq kateqoriyadan olan uşaqlar üçün sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən əlamətdar günlərdə görüşlər, yaradıcılıq müsabiqələri və bilik yarışları keçirilir. Uşaqların Ağbulağa səfəri də bu çərçivədə reallaşdırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır