Koronavirusa qalib gələnlər yüksək kalorili qidalar qəbul etməlidir
30.07.2021 10:48

Rasion, koronavirusa qalib gələn insanlar üçün çox böyük əhəmiyyət kəsb edir. COVID-19-dan sonra sağalan xəstələr üçün, koronavirusu nə dərəcədə ağır keçirdiklərindən asılı olaraq, yeməklərin kalori dəyərini gündə bədən çəkisinin hər kiloqramına 20-30 kaloriyə qədər artırmaq lazımdır. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, əzələ toxumasındakı atrofik dəyişiklikləri aradan qaldırmaq və böyrəklərə kömək etmək üçün yüksək enerji sıxlığı göstəricilərinə malik və çox miqdarda zülal olan qida məhsullarını seçmək lazımdır.

 

Mütəxəssislər hər gün ən azı üç-dörd porsiya süd və mayalanmış süd məhsulları, balıq, yumurta, quş əti, emal edilməmiş ət, lobya və soya məhsulları qəbul etməyi məsləhət görürlər. Eyni zamanda, pəhrizin müxtəlif çeşidli olması çox vacibdir, çünki bu yolla daha çox qida komponentinin əldə edilməsinə nail olmaq olar. Meyvə və tərəvəzləri, xüsusən də mövsümi olanları, unutmaq olmaz.

 

Üç əsas qida qəbulu və iki-üç qəlyanaltı daxil edilməli olan qidalanma rejimi böyük əhəmiyyət kəsb edir. Porsiyaların kiçik olması və daha tez-tez qəbul edilməsi daha yaxşı olar, bu, gün ərzində müntəzəm doymanı təmin edir. Sonuncu qida qəbulu isə insanın yatmağa getməsindən 3-4 saat əvvəl tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev