Yaddaşı gücləndirmək üçün fitoterapevtdən 7 MƏSLƏHƏT
29.07.2021 20:34

Yaddaşı gücləndirmək üçün nə etməliyik və hafizəmiz hansı səbəblərdən zəifləyir, diqqətimiz azalır?

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu halların qarşısını almaq üçün bir neçə məsləhət təqdim edib:

- Qanda hemoqlobin səviyyəsini yoxlatmaq yaxşı olar, çünki qanazlığında belə hallar ola bilər. Əgər anemiya varsa, 10 ədəd limonun şirəsini, 1 kiloqram çuğunduru 1 kiloqram balın içinə kağız kimi nazik doğrayıb qarışdırın. 1 həftəsoyuducuda gözləyin, gündə 1 dəfə qarışdırın, sonra süzün, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için.

- Həddən artıq yemək beyinə axan qanın azalmasına səbəb olur, buna görə acmamış yeməyin, doymamış süfrədən durun. Həftədə 2 dəfə oruc tutulması beynin qidalanmasını yaxşılaşdırır.

- Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə gücləndirir.

- Başdan hicama yaddaşsızlıq və diqqət zəifliyi üçün möhtəşəm bir vasitədir, eyni zamanda baş ağrılarını götürür, görməni yaxşılaşdırır, əzbərləmə qabiliyyətini gücləndirir.

- Gündə 2 dəfə 1 xörək qaşığı balı 1 stəkan çiy suya qarışdırıb şərbət halında içə bilərsiniz.

Həkim, həmçinin Həzrəti Əlidən resept təqdim edib. Onun sözlərinə görə, 1 qram zəfəran 4 yerə bölünür, bölünmüş hissədən bir hissə götürüb yarım stəkan isti suda qarışdırılıb 12 saat gözlənilir, sonra stəkan tam dolana qədər süd əlavə edilir, səhər yuxudan duran kimi məhlul içilir və zəfəranlar yeyilir. İçəndən ən azı yarım saat sonra yemək yeyilməlidir.

 

Yaddaş məcunu:


Zəncəfil tozu – 40 qram;

Qinko Biloba yarpağı tozu – 40 qram;

Çiçək tozu – 40 qram;

Yapon saforası çiçəyi tozu – 40 qram;

Jenşen kökü tozu – 40 qram;

Bal – 1 kq.

F.Hüseynov qeyd edib ki, imtahana hazırlaşan yeniyetmələr üçün çox faydalı olan yaddaş məcununda bitkilər qurudulmuş olmalı, toz formasına salınmalı və bal ilə yaxşı-yaxşı qarışdırılmalıdır. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı qəbul etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev