Azərbaycanlı tələbə biotibb ixtisası üzrə Queen’s Universitetindən birinci dərəcəli Fəxri Fərmanla MƏZUN OLUB    
29.07.2021 10:38

19 yaşlı azərbaycanlı tələbə Mədinə Şərifova Birləşmiş Krallığın Belfast şəhərində yerləşən, dünyanın nüfuzlu universitetlərindən biri olan Queen’s Universitetinin biotibb elmləri bölməsindən birinci dərəcəli Fəxri Fərmanla məzun olub.

 

M.Şərifova təhsil almaq üçün Birləşmiş Krallığa yollandığı zaman cəmi 16 yaşında olub.

 

Aztibb.az bu barədə Queen’s Universitetinin məlumatına istinadla xəbər verir.

 

Məlumatda bildirilir ki, gənc yaşda yeni bir ölkəyə köçmək bir qədər qorxulu olsa da, M.Şərifova bütün bu çətinliklərin öhdəsindən gəlib. O, həm universitet dərslərində yüksək akademik nəticələr göstərib, həm də dərsdən kənar fəaliyyətinə görə bir neçə mükafata layiq görülüb.

 

M.Şərifova biotibb tələbələri arasında ən yüksək bal toplayaraq “Birinci il beynəlxalq tələbə təqaüdü”nü qazanıb və bu imkandan doğru şəkildə yararlanaraq təhsilini birinci dərəcəli Fəxri Fərmanla bitirməyə nail olub.

 

Azərbaycanlı tələbə bu təqaüdü qazandığını öyrənəndə çox təəccübləndiyini bildirib: “Universitetdə dünyanın bir çox ölkələrindən olan tələbələrlə tanış oldum və Belfastın "evdən uzaq evim" olduğunu hiss etdim. Təhsilimin ilk ilinin sonunda təqaüd qazandığımı eşidəndə çox təəccübləndim”.

 

O, təhsili ilə yanaşı digər insanlara dəstək olmaq üçün də vaxt tapıb. Bu yaxınlarda “SU Awards”da (Tələbə Birliyinin Mükafatlandırma Mərasimi) "Birlikdə oxu" proqramı üzrə könüllü fəaliyyəti ilə mükafat qazanıb. Bu proqram 7-10 yaşlarında olan uşaqlara savadlılıq bacarıqlarını inkişaf etdirmələrinə kömək etmək üçün təlim keçmiş Tələbə Mentorları bir araya gətirir.

 

M.Şərifova fəaliyyəti ilə bu mükafata layiq görülməsinin onun üçün şərəf olduğunu bildirib:

 

“Bu proqramda iştirak etməyi çox sevirdim. Xüsusi ilə hər həftə uşaqlarla bir araya gələrək onlara hekayələr oxumaqdan zövq alırdım. Əsl mükafat uşaqların həyatında bir dəyişiklik edə bilmək idi və bu ilki mükafat ilə bu fəaliyyətimizə olan bağlılığımıza görə tanınmağımız bir şərəfdir.”

 

M.Şərifova məzun olduqdan sonra İngiltərədə bir laboratoriyada işə başlayacağına ümid etdiyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır