Azərbaycan Tibb Universitetində kompleks təmir və yenidənqurma işləri aparılır
28.07.2021 13:54

Son dövrlər Azərbaycan Tibb Universitetində (ATU) tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi və maddi-texniki bazanın yenilənməsi istiqamətində ciddi addımlar atılır. Aparılan abadlıq,  yenidənqurma, təmir işləri, eyni zamanda mühafizə və təhlükəsizlik tədbirləri fakültələr, eləcə də kafedralarla yanaşı, tələbə yataqxanalarını, həmçinin ATU-nun yerləşdiyi ərazini də əhatə edib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, bu işlər universitetin rektorunun universitetdə idarəçilik sisteminin daha da təkmilləşdirilməsi məqsədilə prorektorlar arasında funksional vəzifələrin bölgüsü ilə bağlı imzaladığı əmrindən sonra vüsət alıb. Belə ki, Ümumi işlər və İnzibati-təsərrüfat işləri üzrə prorektorluqların birgə iştirakı ilə qeyd olunan sahələrdə mövcud problemlər yenidən araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib və aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.

 

Tələbələrin müasir biliklərə yiyələnməsi, ümumilikdə tədrisin keyfiyyətinin artırılması üçün daha 3 mulyaj alınıb, bundan əlavə ATU-nun tədris-treninq mərkəzlərində və tədris otaqlarında yeni kompüterlər quraşdırılıb. Laborator-diaqnostik tədqiqatlarda, elmi araşdırmalarda yüksək nəticələr əldə olunması üçün 4 vivarium tikilib. Müasir dizaynlı və ən son tələblərə cavab verən bu laboratoriyalar tibbi avadanlıqlar, eləcə də yeni reaktivlərlə təchiz olunub. Bundan əlavə, xarici ölkə vətəndaşlarının hazırlıq kursları üçün 21 dərs otağı yaradılıb.

 

ATU-nun yataqxanalarında aparılan cari təmir-yenidənqurma işləri zamanı tələbələrin dərsdənkənar vaxtlarının səmərəli təşkili üçün zəruri amillər nəzərə alınıb. Mövcud internet şəbəkələri yenilənib və bütün otaqlar sürətli internetlə təmin edilib. Tələbələrin təhlükəsizliyinin təmin olunması məqsədilə yanğın əleyhinə qurğular daha müasirləri ilə əvəzlənib, yeni siqnalizasiya sistemi, zəruri yerlərdə müşahidə kameraları quraşdırılıb və fasiləsiz nəzarət təmin edilib.

 

Ümumilikdə 711 yeni yanğınsöndürmə balonu alınıb. Nəticədə istismar müddəti bitmiş balonlar yeniləri ilə əvəzlənib, əvvəldən balonlar olmayan binalar isə təchiz edilib. Həmçinin yataqxananın su anbarları yenilənib və su nasosları quraşdırılıb. Bundan başqa, 2-si əsaslı təmir olunmaqla 4 qazanxana istifadəyə verilib.

 

Mülki müdafiə sahəsində zəruri tədbirlər görülüb, radiasiya əleyhinə daldalanacaq kapital təmir olunub və zəruri avadanlıqlarla təmin edilib.  İnzibati, eləcə də tədris binalarında rabitə vasitələri yenilənib və yeni daxili ATS sistemi qurulub.

 

Görülən işlər universitetin ərazisi ilə yekunlaşmır. Belə ki, ATU-nun yerləşdiyi küçədə müasir tipli kamera sistemi quraşdırılıb ki, bu da ümumilikdə ərazidə təhlükəsizliyin təminatı üçün önəmli məqamlardan biridir. ATU-nun tədris binalarının həyəti ilə yanaşı, binanın qarşısındakı küçədə də müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılıb. Şəhər sakinlərinin də istifadə etdiyi bu küçənin işıqlandırılması təmin olunub. Bu isə şəhərimizin sakinlərinin rahat hərəkətinə yardımçı olmaqla yanaşı, Bakı şəhəri üzrə aparılan abadlıq işlərinə bir töhfə kimi də qiymətləndirilə bilər.

 

ATU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın yenilənməsi, eləcə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi görülən işlər bundan sonra da davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır