Mərkəzi Klinika: "Yemək borusunda böyükölçülü yad cisim olan 1 yaşlı uşağın əməliyyatı uğurla başa çatıb"
28.07.2021 18:38
Yemək borusuna batan ucu şiş, böyükölçülü dəmir halqa 1 yaşındakı uşağın həyatını ciddi təhlükəyə atıb.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.
  
Həkim bildirib ki, 1 gün öncə valideynləri çarpayıda oynayarkən uşağın boğulduğunu görüb və ilkin müdaxilədən sonra körpə nəhayət nəfəs almağa başlayıb. Hadisədən sonra uşaq su belə içə bilməyib, yüksək qızdırma və qusma başlayıb:
 
"Müayinələr zamanı məlum olub ki, uşağı bu vəziyyətə salan səbəb yemək borusunun girişindəki böyükölçülü yad cisimdir. Qızdırma, uşağın ümumi vəziyyətindəki ağırlığı və digər bütün riskləri nəzərə alaraq məcburi uşağı cərrahi əməliyyat etməli olduq.
 
Böyükölçülü, ucu şiş dəmir halqa yemək borusunun girişində və divarına batmış şəkildəydi. Yemək borusunun cırılması təhlükəsi olduğu üçün yad cisim ehtiyatla, böyük çətinliklərlə nəhayət ki çıxarıldı. Uşağın yemək borusunda ciddi yaralanma olmadı".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır