Qorxulu filmlər insan psixikasına necə təsir edir?
27.07.2021 11:36

Qorxulu hekayələr "təhlükəsiz" adrenalindir. Adrenalin isə insana zövq verən hormonlardandır. Bu kimi filmləri izlədikdə stresli vəziyyətdən çıxış yolu olaraq, orqanizm əlavə endorfinlər və dopamin - xoşbəxtlik hormonları istehsal etməyə başlayır. Buna görə film bitdikdə və yenidən özümüzü evdə yumşaq bir divanda gördükdə, beyin bizi eyforiya hissi ilə mükafatlandırır. Bütün bunlarla birlikdə qorxu filmləri heç bir real təhlükə daşımır.

 

Qorxulu filmlər psixikamıza necə təsir göstərir?

 

Aztibb.az xəbər verir ki, bu filmlərə baxmaq müsbət hallardan daha çox mənfi hisslərə gətirərsə, ziyan edə bilər. Bu səbəbdən film mənfi təsir etdikdə onu dərhal söndürmək lazımdır. Çünki, stres hormonlarının həddindən artıq aktiv olması orqanizmə zərər yetirir. Qorxduğumuz zaman beynimiz dopamin və serotonin ifraz edir. Bu da psixologiyamıza mənfi təsir edir.

 

Lakin bütün bu mənfi cəhətlərə baxmayaraq, uydurulmuş qorxuları yaşayaraq çətin vəziyyətlərdən çıxış yolu axtarmağı, eyni zamanda qorxu hissindən uzaq olmağı öyrənirik. Bu baxımdan qorxulu filmləri izləmək, "ekspozisiya" deyilən psixoterapiya metodlarından birinə bənzəyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev