Dəniz və ya hovuzlardan uşaqlara keçə biləcək TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR
27.07.2021 10:17
Yayda uşaqların ən çox əyləndiyi, amma bir o qədər də zərər gördüyü yer dəniz və ya hovuzlardır. Aztibb.az xəbər verir ki, tanınmış həkim-pediatr Günay Rəsulova uşaqlarda tez-tez rast gəlinən dəniz xəstəlikləri barədə məlumat paylaşıb. Bunlara aşağıdakılar daxildir:
 
- Qulaq infeksiyaları
- Sidik yolu infeksiyaları
- Göbələk xəstəlikləri
- Sinusitlər
- Mədə-bağırsaq infeksiyaları
- Parazitar xəstəliklər - entamöba, lyambliya (giardia)
- Göz xəstəlikləri
- Dəri yanıqları və s.
 
Qulaq infeksiyaları - xarici və ya orta qulaq iltihabı. Əlamətləri: qulaqda qaşınma, ağrı, pis qoxulu ifrazat, qızdırma kimi şikayətlər varsa, mütləq həkimə müraciət edilməlidir.
 
Sidik yolu infeksiyaları - xüsusilə də qız uşaqlarında islaq çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq uzun müddət oyun oynamaq mikrobların asanlıqla sidik yollarına keçməsinə şərait yaradır. Əlamətləri: ağrılı və tez-tez sidiyə getmə, qarında ağrı, ürəkbulanma, qusma, iştahsızlıq, halsızlıq, qızdırma.
 
Göbələk infeksiyaları - dəri, saçlı dəri və dırnaqlarda görülür. Yoluxucudur. Qaşınma, qızarıqlıq bəzən ağ qabıqlı ola bilir.
 
Sinusit və burun tıxanıqlığı həm hava-damcı infeksiyası kimi, həm də hovuzlarda istifadə edilən xlorla bağlı allergik uşaqlarda görülür.
 
Göz xəstəlikləri - bakterial konyuktivit, xlorla bağlı kimyəvi və günəş şüasına bağlı konyuktivit görülə bilər.
 
Mədə bağırsaq infeksiyaları - virus mənşəli - rotavirus, nörovirus, enterovirus, hepatit A virusuna bağlı, bakterial-salmonella, şigella, e.coli-yə bağlı və parazitar-lyambliya, entamöba kimi parazitar xəstəliklər görülə bilər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev