Pomidor, alma və yerkökü şirəsi - Çəkini azaltmaq üçün təbii üsul
26.07.2021 21:28

Artıq çəkidən xilas olmaq bəzən çətinliklə başa gəlir. Yağlı yeməklər orqanizmdə mənfi təsir göstərir, həmçinin ağır qidalar immuniteti zəiflədir, təzyiqi və qanda qlükozanı artırır. Ona görə də mütəxəssislər fasilələrlə qidalanmağı məsləhət görürlər, həmçinin acılı, müxtəlif ədviyyatlı yeməklərin və turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil.

 

Həkim-diyetoloq Sevinc Həsənzadə belə deyib: “Çəki atmaq üçün üç şirədən istifadə etmək xüsusilə yaxşı səmərə verir. Pomidor şirəsinin 100 qramında 18, alma şirəsinin 100 qramında 50, yerkökü şirəsinin 100 qramında 48 kalori var. Həmin şirələri qəbul edərkən həm rejimə düşmək olur, həmçinin orqanizmdən artıq toksinlər xaric edilir”.

 

Onun dediyinə görə, əvvəlcə ağır karbohidratlı qidalar mümkün qədər rasiondan çıxarılmalıdır. Həzm sistemini yaxşılaşdıran yeməklərə üstünlük vermək, yağlı xörəklərdən imtina etmək tövsiyə olunur. Lifli qidalar da maddələr mübadiləsinin sürətləndirilməsinə kömək edir, əks halda həzm sisteminin fəaliyyəti pozula bilər:

 

“Hər səhər bir dilim çörək üzərinə kəsmik yaxıb yemək və ya salatlarla qidalanmaq lazımdır. Günorta daha çox soyutma yeməklərə üstünlük verilməlidir, axşam isə balıq, göbələk, yanında isə çoxlu salatlar yemək daha yaxşıdır”.

 

Mütəxəssislər deyirlər ki, yeməyin yaxşı həzm olması üçün piyada gəzmək, yuxu rejiminə düzgün əməl etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev