Bir sual, bir cavab - Fitoterapiya üsuluna niyə üstünlük verilir?
24.07.2021 16:46

Son dövrlərdə fitoterapiya üsulu – bitkilərlə müalicə geniş yayılıb. Nə üçün xəstələr bu üsulla müalicəyə daha çox üstünlük verirlər?

 
Fitoterapiya daha qədimdə istifadə olunan müalicə üsulu idi. Sadəcə olaraq elm-texnika inkişaf etdikcə kimyəvi müalicələrə yer ayrıldı və bunlar sənədlərə daxil olmağa başladı. Tibb inkişaf etdikcə də bu sənədlərə əsaslanırdı. Qaydalara əsasən də dərmanlara üz tutuldu. Sadəcə olaraq dərmanlar üzərində çox tədqiqatlar aparıldı. Bəziləri də yalançı tədqiqatlar oldu. Bəzilərinə arzulanmaz nəticələr qoyuldu, bəzilərindən insanlar bezdilər. Digərlərini istifadə etməkdən çəkindilər.

 

Qədim xalq təbabətindən istifadə edən insanlar üsulun müsbət nəticələrini görüb buna döndülər. Əslində fitoterapiyaya elə də yaxşı baxmırdılar. Hazırda da yaxşı baxmayan tərəflər var və haqlıdırlar. Çünki xalq təbabətinin üsullarının çoxu tədqiq olunmayıb. Filankəsin nənəsi istifadə edib yaxşı təsiri olub, filankəs bu cür hazırlayıb daha yaxşı olub deyə tətbiq olunub. Amma necə hazırlanıb deyə dərinə gedən olmayıb. Bir də xalq təbabəti metodundan “ara həkimləri”, qeyri-tibbçilər məşğul olurlar. Necə ki bir yeməyin dərmanın uzlaşmayan cəhəti varsa, bitkilərdə də belədir. Bu boşluqlardan dolayı tibb bir çay kimi axır. Bir tərəfində bildiyimiz tibb, digər tərəfində isə xalq təbabəti dediyimiz təbii üsullarla müalicə davam edir. Bunlar heç qovuşa bilmirlər. Amma hər ikisinin çox yaxşı, həmçinin mənfi nəticələri də var.

 

Tibbdə xalq təbabətindən, təbii üsullardan istifadə edənlər alternativ tibbçilər sayılır. Fitoterapiya Hindistan, Çin, Rusiya, Ukrayna, Rumıniya və Almaniyada daha geniş yayılıb. Müalicənin bu üsuluna üstünlük verən ABŞ çox irəlidədir. Onlar “integrative medicine”, yəni tamamlayıcı tibblə məşğuldurlar. Yəni dərmanlar tam inkar edilmir. Bir xəstəni həqiqətən də hər hansı bitkiylə, tutaq ki, biyan kökü ilə müalicə etmək mümkünsə, əlavə bir dərman yazılmamalıdır.

 

Alternativ tibb o deməkdir ki, sənin şəkərin var, şəkər dərmanlarını kənara qoyursan, yalnız bitkilərdən istifadə edirsən. Tamamlayıcı tibb isə odur ki, dərmanların dozasını azalda-azalda bitkilərdən, təbii məhsullardan istifadə edə bilərsən. Tamamlayıcı tibb daha yaxşıdır, inkişaf etmiş ölkələrdə yaxşı səviyyədədir.

 

fitoterapevt, terapevt Elnur Eldaroğlu

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev