Botanik alim Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib    
24.07.2021 15:52

AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Qotfrid Vilhelm Leybnits adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.  Eyni zamanda, alim akademiyanın “Taclı ulduz ordeni” ilə mükafatlandırılıb.

 

Aztibb.az xəbər verir ki, üzvlük və ordenlə bağlı diplomlar S.İbadullayevaya təqdim edilib.

 

Qeyd edək ki, S.İbadullayeva Azərbaycan flora və bitkiliyində formasiya və assosiasiyaların tərkibinin öyrənilməsi, genezisi və formalaşması yollarının araşdırılması, itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində populyasiyaların senoloji və beynəlxalq qırmızı siyahıya uyğun qiymətləndirilməsi ilə məşğuldur. 

 

O, bu sahədə indiyədək 500-ə qədər çöl tədqiqatları aparıb, xüsusən qoruq və yasaqlıqlarda flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsini həyata keçirib, mühüm xalq təsərrüfat əhəmiyyətli növləri aşkara çıxarıb, onların regionlar üzrə ehtiyatını öyrənib və itməkdə olan bitkilərin mühafizəsi üzrə tədbirlər kompleksi işləyib hazırlayıb. Alim, həmçinin Şahbuz Dövlət Təbiət Quruğunda, Şahdağ Milli Parkında bitkilərin təbiətdə qurşaqlar üzrə yayılma qanunauyğunluqlarını, torpaqlara münasibətini öyrənib, Kür-Araz və Arazboyu düzənliklərdə səhralaşmanın yaranma səbəblərini araşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır