“Zərdablar və onların tətbiqi” mövzusunda vebinar keçirilib  - FOTO
23.07.2021 16:23

İyulun 23-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və  “Azəri Toksikoloqlar Dərnəyi” İctimai Birliyinin təşkilatçılığı ilə “Zərdablar və onların tətbiqi” mövzusunda vebinar keçirilib.

 

Aztibb.az xəbər verir ki, “Zoom” platforması üzərindən baş tutan tədbiri giriş sözü ilə açan TƏBİB-in Davamlı tibbi təhsil şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Emil İsgəndərov qeyd edib ki, ölkəmizdə müşahidə olunan qızmar yay günlərində ilan və digər zəhərli həşəratların insanları sancması hallarının sayında artım müşahidə olunmaqdadır. O, Azərbaycanının müxtəlif bölgələrindən tibb müəssisələrindən daxil olan müraciətləri nəzərə alaraq vebinarın həkimlər, tibb bacıları və feldşerlərin antirabik zərdab, qanqrena, ilan və əqrəb zəhərləri əleyhinə zərdabların tətbiqinə və istifadəsinə dair maarifləndirilməsi məqsədilə təşkil olunduğunu vurğulayıb.

 

“Zərdabların növləri və xüsusiyyətləri” mövzusunda çıxış edən “Azəri Toksikoloqlar Dərnəyi” İctimai Birliyinin sədri, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ölkəmizdə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlindiyini deyib, digər ilanların zəhərinə qarşı zərdabın gürzə sancması zamanı kömək etmədiyini də diqqətə çatdırıb.

 

İ.Əfəndiyev ilan sancması zamanı düzgün ilkin tibbi yardım göstərilməsinin əhəmiyyətindən danışıb, zərdab növünün düzgün seçilməməsi səbəbindən baş verə biləcək ağırlaşmalardan bəhs edib, yalnış seçilmiş zərdabın xəstənin şikəst qalmasına belə səbəb ola biləcəyini vurğulayıb.

 

“İlan zəhəri əleyhinə zərdabların vurulması üçün xüsusi göstərişlər olmalıdır”, - deyə bildirən İ.Əfəndiyev zərdabın yeridilməsindən əvvəl allergik reaksiyaların qarşısını almaq üçün antihistamin və hormonal preparatların tətbiqinin zəruriliyi məsələsinə toxunub. Onun sözlərinə görə, naməlum ilan sancması zamanı insana polivalent zərdab, ilan növü məlum olduqda isə monovalent zərdab yeridilir.

 

Qeyd edib ki, ilan və əqrəb sancamasından fərqli olaraq, heyvan dişlədiyi zaman vaksinlər məhz həmin nahiyyəyə yeridilməlidir: “Quduzluğa yoluxma ehtimalı olan bütün şəxslər vaksinasiya olunmalı, kombinə edilmiş müalicə üçün göstərişlər olduqda isə əvvəlcə antirabik imminoqlobulin, daha sonra 30 dəqiqədən gec olmayaraq quduzluq əleyhinə peyvənd tətbiq edilməlidir”.

 

Məruzəçi Azərbaycanda əqrəb sancmalarına kifayət qədər geniş rast gəlindiyini vurğulayaraq ölkəmizdə qara əqrəbə nisbətən zəhəri daha az təhlükəli olan sarı əqrəblərə rast gəlindiyini nəzərə çatdırıb.  

 

O, həmçinin Azərbaycanda ilan sancması əleyhinə ən çox istifadə olunan zərdablar, zərdabın vurulma üsulu, ilan zəhəri ilə təkrar intoksikasiya, əqrəb sancması zamanı ağır allergik reaksiyalar barədə ətraflı məlumat verib. Əlavə edib ki, zərdabın rəngi, tamlığı pozularsa həmin vaksindən istifadə olunmamalıdır.

 

Daha sonra məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Tədbirdə, həmçinin TƏBİB-in mütəxəssisi Firuzə Allahquliyeva “Antitoksin və antivenom vasitələrinin saxlanılma, daşınma və istifadə qaydaları” mövzusunda çıxış edib. O, uşaq və böyüklərdə quduzluğun profilaktikası üçün təyin edilən inaktivləşdirilmiş antirabik vaksin barədə danışıb, təmasdan əvvəl və sonra görülməli profilaktik tədbirlər barədə məlumat verib.

 

“Ümumdünya Səhiyyə Təşkilatı həyat boyu qorunmanı təmin etmək üçün hər bir şəxsin 6 doza tetanus əleyhinə vaksin qəbul etməsini tövsiyə edir”, - deyə bildirən F.Allahquliyeva, həmçinin qanqrena əleyhinə zərdabın müalicə və profilaktikasından bəhs edib. Qeyd edib ki, antitoksin və antivenom vasitələr 2-8 dərəcə temperaturda saxlanılmaqla soyuq zəncir sisteminin qorunmasını tələb edir.  

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları” 
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb