Bu dərmanların tez-tez qəbulu komaya səbəb ola bilər - Diqqət!
23.07.2021 15:26

Valokordin və korvalol adətən ürəkdə narahatlıq, ağrı hissi zamanı istifadə olunur. Bu dərmanlar əhali arasında çox populyardır və apteklərdə reseptsiz satılır. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu 2 dərman heç də ziyansız deyil.

 

Aztibb.az tibbi mənbələrə istinadən bildirir ki, nə valokordin, nə də korvalol ürək-damar sistemi xəstəliklərinin müalicə və profilaktikasında heç bir yardım etmir. Bu səbəbdən həkimlər ürəkdə hər hansı narahatlıq, ağrı olduqda bu dərmanlardan istifadə etməyi tövsiyə etmirlər. Çünki bu, vaxt itkisinə və xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər.  

 

Valokordin və korvalol əsasən yuxusuzluqdan əziyyət çəkənlərə yardım edə bilər. Bunun əsas səbəbi preparatların tərkibində olan narkotik maddə fenobarbitaldır. Fenobarbital tez bir zamanda asılılıq yaradır. Beləliklə, insana “effekt almaq” üçün getdikcə daha böyük dozalar tələb olunur. Bu isə çox təhlükəlidir.

 

Ekspertlər xəbərdarlıq edir ki, müntəzəm olaraq istifadə olunduğu halda valokordin və korvalol sinir sistemi, nəzfəsalmanın pozulması və hətta komaya səbəb ola bilər.  Avropa ölkələrində bu preparatlar uzun müddətdir ki, istifadə olunmur. Bütün bunları nəzərə alaraq mütəxəssislər insanları bu preparatların özbaşına qəbulundan çəkinməyə çağırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev