Anadangəlmə immunitetin səbəbi müəyyənləşdirilib - KƏŞF  
23.07.2021 15:01

Alimlər hansı birləşmələrin anadangəlmə immunitetlə bağlı olan zülal kompleksini aktivləşdirdiyini ilk dəfə olaraq izah ediblər.

 

Aztibb.az xəbər verir ki, bu kəşf bir sıra autoimmun xəstəliklərin müalicəsində yeni metodlar yaratmağa kömək edəcək. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.

 

Anadangəlmə immunitetdə iki endogen, yəni orqanizm daxilində yaranan molekul - TLR4 membran zülalı (tolla bənzər reseptor 4) və MD-2 (limfositar antigen 96) zülalı əsas rol oynayır. Lakin onların təsirinin molekulyar mexanizmi indiyədək məlum deyil.

 

Texas Universiteti Cənub-Qərb Tibb Mərkəzindən tədqiqatçılar Almaniya və İsraildən olan həmkarları ilə birlikdə struktur səviyyəsində təsdiq ediblər ki, məməlilərdə anadangəlmə immunitet hər şeydən öncə TLR4/MD-2 zülal kompleksinin işinin səmərəliliyindən asılıdır.

 

Tədqiqata Cənub-Qərb Tibb Mərkəzinin Sahib İmmuniteti Genetika Mərkəzinin direktoru Brüs Bötler rəhbərlik edib. O, 2011-ci ildə immun sisteminin tədqiqinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb. İndi isə onun rəhbərliyi ilə tədqiqatçılar TLR4/MD-2 kompleksini aktivləşdirən birləşmə aşkar ediblər.

 

Söhbət sulfatidlərdən – tərkibində sulfat qrupu olan membran qlikolipidlərindən gedir. Rentgen kristalloqrafiyası metodlarının köməyilə alimlər müəyyən ediblər ki, sulfatidlər TLR4/MD-2 zülal kompleksi ilə liqand qismində birləşir və bu bağlanma orqanizmin infeksiyaya cavab reaksiyasına gətirib çıxaran bioloji yolu işə salır.

 

Müəlliflər qeyd edirlər ki, bu, TLR4 liqandının, yəni struktur metodların köməyilə reseptora daxil olan molekulların mövcudluğunu təsdiq edən ilk işdir.

 

İndiki mərhələdə bütün nəticələr laboratoriya siçanları üzərində aparılmış təcrübə əsasında əldə edilib. Alimlər siçanlarda və insanlarda aktivləşən reseptorlar arasında fərqin olub-olmadığını izah etməyi, habelə immun cavabı aktivləşdirmək, ya da əksinə, dayandırmaq üçün ayrı-ayrı sulfatidlərin kimyəvi tərkibinin reseptor kompleksi ilə qarşılıqlı əlaqəyə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır