“Yeni klinika”da onlayn randevu sistemindən istifadə etmədən peyvənd vurdurmaq mümkündür
23.07.2021 11:59

Vətəndaşlar “Yeni klinika” tibb müəssisəsində onlayn randevu sistemindən istifadə etmədən yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd vurdura bilərlər.

 

Aztibb.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, “Yeni klinika” tibb mərkəzində vaksinasiya canlı növbə ilə həyata keçiriləcək.

 

Məlumata əsasən, əhali arasında peyvəndləməyə marağın artdığını nəzərə alaraq, “Yeni klinika” tibb mərkəzində “SinoVac” və “Pfizer" vaksinlərinin istifadəsinə başlanılıb. Vətəndaşlar canlı növbə ilə vaksin vurdurmaq üçün həftəiçi 5 gün olmaqla, 10:00-dan 16:00-dək tibb müəssisəsinə yaxınlaşa bilərlər.

 

TƏBİB-in əməkdaşı Elnarə Baxış deyib ki, apreldən etibarən TƏBİB-in səyyar vaksinasiya briqadaları fəaliyyət göstərir: “Dövlət və özəl müəssisələrdən daxil olan 100-dən çox müraciət əsasında, səyyar vaksinasiya briqadalarının fəaliyyəti davam etdirilir. Layihə çərçivəsində 9 min nəfərdən çox vətəndaş vaksinasiyadan keçib. Onlardan təxminən 3 min nəfəri birinci doza, 6 min nəfəri isə ikinci doza peyvənd vurdurub. Ölkəmizdə vaksinasiya prosesi strategiyaya uyğun olaraq, uğurla davam etdirilir və vətəndaşlar arasında onlayn randevu sistemi olmadan canlı növbə ilə peyvəndləməyə maraq çoxdur”.

 

Qeyd edək ki, Azərbaycanda vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 415 min 967-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 602 min 510, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 813 min 457 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır