Kirpik dibinin ikitərəfli iltihabı - Blefarit/Nə etməli?
22.07.2021 11:44
Blefarit - kirpik dibinin ikitərəfli residivləşən iltihabıdır. Patologiya göz qapaqlarının kənarlarının qızarması və şişkinliyi, ağırlıq hissi və qaşınma, parlaq işığa yüksək həssaslıq, gözlərin tez yorulması, kirpiklərin anomal böyüməsi və tökülməsi ilə təzahür edir.
 
Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, blefaritin diaqnostikası xarici baxış, görmə itiliyinin təyini, biomikroskopiya, bakteriolofi əkilmə, kirpiklərin demodoksə görə analizinə əsaslanır. Müalicə konservativ tədbirlərdən (göz qapaqlarının gigiyenası, göz damcıları və məlhəmlərdən istifadə və s.) ibarət olub, xəstəliyin səbəblərinin aradan qaldırılmasına yönəldilir.
 
Ən sıx rast gəlinən blefarit növündə göz qapaqlarında qızartı və şişlik, kirpik diblərində isə qabıqlanma müşahidə olunur. Bu qabıqlar qalınlaşdıqca çapıq meydana gəlir və səhərlər göz qapaqlarının bir-birinə yapışması müşahidə olunur. Əgər müalicə edilməzsə, bu vəziyyət daha da pisləşir və gözün digər hissələrinə yayılaraq ciddi bir vəziyyətin ortaya çıxmasına səbəb olur. Bakteriya göz qapağını infeksiyalaşdıra və kiçik qabıqlı yaralar meydana gətirə bilər ki, bu da kirpiklərin tökülməsinə səbəb olar.
 
Blefaritin bəzi növləri tamamilə müalicəyə tabe olmur, lakin böyük əksəriyyətinin müalicəsi mümkündür. Bu problemin idarə edilə bilmə nisbəti həm blefarit növünə, həm də vəziyyətin nə dərəcə ciddi olduğuna bağlıdır. Göz sağlamlığı üçün blefaritli nahiyəni təmiz tutmaq və fərdi gigiyenaya diqqət etmək son dərəcə əhəmiyyətlidir. Bunun üçün ilıq və ya yaş kompreslə qabıqlar yumşaldılmalıdır. Yaxud kiçik və təmiz bir dəsmal isti suyla isladılıb sıxıldıqdan sonra 5-10 dəqiqə göz qapaqlarının üzərində tutulmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev