Burun polipləri və onların müalicəsi
24.08.2020 13:53

Burun polipləri burun boşluğunda və ya ətraf ciblərdə yerləşən, selikli qişanın hipertrofiyası ilə xarakterizə olunan törəmələrdir. Bu patologiya poliplər böyüyüb nəfəsalmada problem törədəndə aşkar edilir. Poliplərin böyüməsi bir neçə mərhələdə gedir. İlkin mərhələdə ölçüsü kiçik olur və burunla tənəffüsə heç bir maneə törətmir. İkinci mərhələdə bir qədər böyüyür və nəfəs yollarının böyük qismini bağlayır. Üçüncü mərhələdə isə poliplər nəfəs yollarını tam bağlayır, nəticədə burunla tənəffüs tam pozulur.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-otolarinqoloqu Gülyaz Kazımova məlumat verib.

 

Onun dediyinə görə, burun tənəffüsünün pozulması tez-tez soyuqdəymələrin, virus və bakterial infeksiyaların baş verməsinə səbəb olur, bundan başqa həmin xəstələr xoruldamağa başlayır: “Gecikmiş hallarda poliplər o qədər böyüyür ki, nəinki gecə, gündüz vaxtı da xəstəni narahat edir, baş ağrıları, xroniki yorğunluq, yaddaşın zəifləməsi kimi fəsadlar verir. Xəstəliyin yaranmasına səbəb olan amillər xroniki rinit, frontit, haymorit kimi iltihabi ocaqların olması, xroniki infeksiyalar, polinoz, allergik rinit və s. yuxarı tənəffüs yolları xəstəlikləri, ekoloji amillər və burun çəpərinin əyriliyi ola bilər”.

 

Xəstəliyin müalicəsi bir neçə cərrahi üsulla aradan qaldırılır, lakin onun əməliyyatsız müalicəsi də var. Bunlardan ən geniş yayılanı duz və bitki dəmləmələri ilə aparılan inhalyasiyalardır ki, selikli qişanı irin, infeksiya və allergenlərdən təmizləyir, ödəmi və şişkinliyi azaldır.

 

Poliplərin müalicəsində tətbiq edilən sadə müalicə üsulları barədə danışan həkim-otolorinqoloq bir neçə resept də təqdim edib: “Burun boşluğunun yuyulması üçün dəniz suyundan istifadə olunması daha yaxşıdır. Dəniz suyu olmadıqda 1 stəkan ilıq suda 2 çay qaşığı dəniz duzu həll edilir və gündə 2-3 dəfə burun boşluğu yuyulur. Müalicə yodlu-duzlu sudan istifadə etməklə də aparılır. 1 çay qaşığı xörək duzu 1 stəkan ilıq suda həll edilir, üzərinə 3 damcı yod məhlulu əlavə olunur. Alınan məhlul gündə iki dəfə buruna çəkilir. Prosedurdan sonra poliplər yoda batırılmış pambıq tamponla silinir. Daha bir müalicə üsulu ballı yağın tətbiqi ilə aparılır. 1 kiloqram təbii bala 1 kiloqram əridilmiş kərə yağı əlavə olunur və ocağın üzərinə qoyulub 1,5-2 saat vam ocaqda qarışdırılaraq qızdırılır. Yağla bal ayrılmayanda məhlul hazır hesab olunur, soyuduqdan sonra şüşə qaba tökülür və soyuducuya qoyulur. Hər səhər acqarına 1 xörək qaşığı qəbul edilir”.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb