İltihabəleyhinə təsirə malik - Bal arısı zəhərinin FAYDALARI
23.07.2021 10:20

Bal arısı zəhərindən müalicə vasitəsi kimi istifadənin tarixi Qədim Misir dövrlərinə qədər gedib çıxır. O zaman bu müalicə metodundan məşhur loğmanlar istifadə ediblər. Bu barədə yazılara qədim tibbi kitablarda da rast gəlmək olur. Hazırda isə arı zəhərindən xəstələrə inyeksiya etməklə müalicə aparılır. Müalicə zamanı zəhərin dozası düzgün hesablanmalıdır.

 

Aztibb.az xəbər verir ki, arı zəhəri iltihab əleyhinə təsirə malikdir. Bal arısının zəhərində metilin, adolapin və apamin maddələri həm yerli və həm də ümumi iltihab sorucu təsir göstərir. Həm də bu kimyəvi maddələr sayəsində orqanizmin təbii hormon miqdarında artış olur ki, bu da orqanizmdən iltihabın sorulmasına yardım edir.

 

2005-ci ildə Oksford Universitetinin Yayım Mərkəzi tərəfindən aparılan araşdırmalar artritin müalicəsində bal arısı zəhərinin faydalı olduğunu təsdiqləyib.

 

Arı zəhərinin ikinci vacib xüsusiyyəti ağrıkəsici qabiliyyətinin olmasıdır. O, ağrını sakitləşdirir. Zəhərin tərkibindəki adolapin maddəsi təbii ağrıkəsicidir.

 

Bəzi insanlarda arı zəhərinə qarşı allergiya olur. Belə adamları arı zəhəri ilə müalicə etdikdə zəhəri onun orqanizminə az-az, öyrəşdirə-öyrəşdirə yeritmək lazımdır.

 

Bal arısı zəhəri vasitəsilə skleroz, revmatizm, artrit, akne və digər bəzi xəstəliklər müalicə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev