COVID-19-a yoluxan revmatik xəstələrdə patoloji proseslər daha ağır gedir
21.07.2021 13:10

Revmatik xəstəliklər təbabətin ən yeni sahəsi hesab olunur. Birləşik toxuma qarışıq xəstəlikləri, sistem qırmızı qurd eşənəyi, artiozlaşdırıcı spondilit, biosratik artropatiya, reaktiv artritlər və bu kimi çoxsaylı revmatik xəstəliklər günümüzdə həllini tapmayan xəstəliklər sırasındadır. Revmatik xəstəliklər zamanı əksər orqan və toxumalar, o cümlədən oynaqlar, dəri, sinir, böyrəklər, ağciyər, ürək, bağırsaq, baş-beyin zədələnir.

 

Bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Revmotologiya və qastroenterologiya şöbəsinin müdiri, professor Sahib Musayev deyib.

 

S.Musayev təkcə payız-qış aylarında deyil, eyni zamanda, yay mövsümündə də əhali arasında bir sıra revmatik xəstəliklərin baş qaldırdığını, onlardan revmatoid artrit, sistem qırmızı qurd eşənəyi, sklerodermiya, dermotomiozit və podaqranın üstünlük təşkil etdiyini bildirib: “Sistem qırmızı qurd eşənəyi xəstəliyi ən çox iqlim dəyişiklikləri zamanı üzə çıxır. Həmin xəstəlik yay aylarında fotosensiblizasiya, yəni həddindən artıq günəş şüalanması olan regionlarda çox yayılır. Qırmızı qurd eşənəyi ən çox yeniyetmə qızlarda, gənc analarda müşahidə olunur”.

 

Şöbə müdiri regionda daha çox yayılan revmatik xəstəliklərdən birinin podaqra olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin xəstəlik zamanı oynaq daxilində natrium-urat kristallarının toplanması nəticəsində həmin nahiyədə kəskin iltihabi proses başlayır və müəyyən vaxtdan sonra oynaqlar zədələnir.

 

Professor podaqranın səbəb olduğu bəzi fəsadlara toxunaraq, onun xroniki böyrək xəstəliklərinə, hipertoniyaya, 2-ci tip şəkərli diabetə, piylənməyə gətirib çıxardığını da qeyd edib: “Podaqraya tərkibi purillə zəngin qidaları normadan artıq qəbul edən şəxslərdə çox rast gəlinir. Xəstəlik qəfil başlayır. Ayağın baş barmağı qızarır. Həmin nahiyədə ciddi hərəkət məhdudluğu əmələ gəlir”.

 

Mütəxəssisin sözlərinə görə, əgər revmatik xəstələr COVID-19-a yoluxarlarsa, onlarda ağırlaşma halları müşahidə olunur. Həmin şəxslərdə patoloji proseslər daha ağır gedir, onlar arasında ölüm faizi daha çox qeydə alınır. COVID-ə yoluxmuş skelbermiyalı xəstələrdə ağciyərlər ciddi zədələnməyə məruz qaldığından xəstəliyin taktikası protokola tam uyğun aparılmalıdır.

 

“Bəzən revmatik xəstəliklərdən əziyyət çəkənlərin Bakı ətrafında yerləşən və çoxlarımızın yanlış olaraq müalicə məkanı kimi qəbul etdiyimiz “duzlu göl”lərə üz tutduğunun şahidi oluruq. Həmin insanlar duzun tərkibində olan kanserogen maddə ilə özlərini zəhərlədiklərinin fərqində deyillər. “Duzlu göl”dən istifadə edən revmatoidli xəstələrdə dərinin aşınması qeydə alınır. Hətta bəzilərində dəri xərçəngi yaranır.

 

İsti yay aylarına əksər vətəndaşlar sərinləmək üçün Xəzər dənizinə üz tuturlar. Bu zaman revmatik artritli xəstələrin əvvəlcə mütləq həkim konsultasiyasından keçməsi tövsiyə olunur. Bu, həmin xəstələri sabah ağır nəticələrlə üzləşməkdən qoruya bilər", - deyə S.Musayev qeyd edib.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Yaşasın Haqverdiyev - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının nevroloqu