Sağlam böyrəklər üçün 7 MƏHSUL
21.07.2021 12:54

Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı ilbəil artır. Lakin bu xəstəlik adətən özünün son mərhələsində aşkarlanır. Aparılan tədqiqatlara görə, xroniki böyrək çatışmazlığı olan xəstələrin yalnız 10%-i bu problemdən xəbərdar olur. Xəstəliyin get-gedə vüsət alması onunla mübarizə üsullarının araşdırılmasını zəruri edir.

 

Aztibb.az xəbər verir ki, həkim-nefroloq Barat Yusubov sosial şəbəkədə sağlam böyrəklər üçün hansı məhsulların faydalı olduğu barədə paylaşım edib.

 

Həmin tövsiyələri təqdim edirik:

 

 - Yaşıl tərəvəzlər, göyərtilər A vitamini qaynağıdır və böyrək daşlarına qarşı effektivdir. Bundan başqa kolit problemlərinə müsbət təsiri var.

 - Hər gün 3 alma böyrəklər üçün çox faydalıdır.

 - Balığın tərkibində bol miqdarda doymamış yağ turşusu, protein və vitamin var. Bu da böyrəklərin normal fəaliyyəti üçün çox vacibdir.

 - Qarpız sidikqovucu xüsusiyyəti ilə tanınır. Böyrəklərdəki qumu təmizləyir və duzun çökməsini təmin edir.

 - Balqabaq bir sıra pəhrizlərdə önəmli yer tutur və eyni zamanda böyrək problemlərinə qarşı effektivdir.

 - İtburnu bədənin xəstəliklərlə mübarizə mexanizminə dəstək olur.

 - Çovdar vitamin və liflə zəngindir. Buna görə də metabolizma və həzmi sürətləndirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev