Orqanizmdə su çatışmazlığını göstərən 9 ƏLAMƏT
20.07.2021 13:10

Beyin, qan, ürək, böyrəklər, qaraciyər, neyronlar, sinirlər, gözlər su ilə fəaliyyət göstərir, onların normal funksiyaları üçün əsas komponentlərdən biri də sudur. Əgər orqanizm susuzdursa, bu, bütövlükdə bədən, beyin, orqanlara neqativ təsir göstərir. İnsan yalnız susayanda suya ehtiyacı olduğunu düşünür. Lakin bu, belə deyil.

 

Aztibb.az tibbi mənbələrə istinadən, bədəndə su çatışmazlığından yaranan əlamət və narahatlıqları təqdim edir.

 

Əgər bu sadalananlardan ən azı 3-4-ü sizdə varsa, deməli, su qəbul etməyi artırmalısınız.

 

1. Ağızda, dildə quruluq - ən aşkar əlamətlərdən biridir.

2. Quru dəri, quru saçlar - dəri bədənin ən nəhəng orqanıdır. O, suyun çox hissəsini özünə çəkir.

3. Az tərləyirsiz – axır vaxtlar bədəninizin səthindən az su çıxırsa, deməli, suyu az içirsiz və tərlə bədəndəki toksinlər çıxmır, elə orqanizmdə qalır.

4. Gözlərdə sanki qum batma, yanma hissi – qırmızı, quru, yorğun, qızaran, yanan gözlər də su çatışmazlığını göstərir. Susuzluq gözləri məhv edir.

5. Oynaqlarda ağrı – az su içən insan gəzəndə dizləri ağrıyır, əsasən iş görəndə, pilləkən çıxanda ağrı, sanki qırılma hissi, oynaq səsi gəlirsə, deməli qığırdaqlar susuzdur.

6. Əzələ kütləsinin azalması, arıqlama – əzələ toxuması 60% sudan ibarətdir. Əgər siz normal miqdarda onlara su vermirsizsə, əzələ kütləsi yığa bilməyəcəksiz. Ona görə idmandan sonra su içmək çox vacibdir.

7. Tez-tez xəstələnmək və gec bərpa olmaq – qrip, virus xəstəliklərində orqanizm toksinləri çıxarmaq üçün suya ehtiyac duyur. Lazım olan vaxtda su tapmayan orqanizm viruslarla mübarizə apara bilmir.  Az su içən insanlar gec sağalır.

8. Yorğunluq, halsızlıq – orqanizmdəki susuzlaşma qanda oksigen azlığı yaradır, beləcə insan oksigen aclığı yaşayaraq, dincələ, işləyə bilmir, yorğun, enerjisiz olur.

9. Həzm problemləri – mədə şirəsi, bağırsaq su ilə çalışır. İnsanın ağız boşluğu daim nəm, sulu olmalıdır. Orqanizmdə suyun az olması ilə həzm prosesləri pozulur, qəbizlik yaranır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev