Türkiyədən gələn azərbaycanlı həkimlər Vətən müharibəsi qazilərinə yardım edəcək
19.07.2021 18:12

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycanlı Həkimlərdən Təhsilə Dəstək Dərnəyinin birgə təşkilatçılığı ilə Tibbi Reabilitasiya Xəstəxanasında Vətən müharibəsinin iştirakçılarına psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirilib.

 

Müayinələr Türkiyədə fəaliyyət göstərən və hazırda ölkəmizdə səfərdə olan 4 azərbaycanlı həkim-psixiatr tərəfindən həyata keçirilib. Müayinələr zamanı, əsasən postravmatik stress pozğunluqları, depressiya, panika halı, ürək çırpıntıları, müəyyən fobiyalar və halüsinasiya ilə müşayiət edilən psixoloji pozuntular nəzərdən keçirilib, müvafiq müalicələr təyin edilib.

 

Qeyd edək ki, 2 gün davam edəcək və bu müddətdə 100-dən çox qazinin müayinə olunması nəzərdə tutulur.

 

Türkiyədə fəaliyyət göstərən həkim qrupu avqust-sentyabr aylarında regionlara səfər edib oradakı qazilərə psixiatrik və psixoloji dəstəyin göstərilməsi məqsədilə müayinə aksiyası keçirəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır