Gün ərzində 1,5-2 litr su içməyin ürəyə FAYDASI
19.07.2021 14:32

Ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və balanslı qidalanma vacibdir.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib. Qeyd olunub ki, ürək-damar xəstəliklərinin profilaktikası zamanı gün ərzində 1,5-2 litr su içilməlidir.

 

Bundan başqa, sözügedən xəstəliyi olan şəxslər maqnezium duzları ilə zəngin qidaların istehlakına üstünlük verməli (çovdar və buğda kəpəkli çörək, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat), duzun və heyvan mənşəli yağların qəbulunu azalmalıdır, spirtli və şirin içkilərdən imtina olunmalıdır.

 

Bunlarla yanaşı, ürək-damar xəstəliyi olan şəxslərin qida rasionunda balıq və balıq məhsulları qida əsas yer tutmalı, kaliumla zəngin qidalar qəbul etməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev