Tibb Universitetinin tələbəsi ÜST-ün müsabiqəsində qalib olub - FOTO
18.07.2021 18:41
ATU-nun I Müalicə Profilaktika fakültəsinin tələbəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçirdiyi müsabiqədə Azərbaycan üzrə birinci yerə layiq görülüb.
 
ATU-nun 5-ci kurs tələbəsi Cavid Mustafazadə Avropa İttifaqı və ÜST-ün ortaq “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültələri və kollecləri tələbələri arasında keçirilən müsabiqənin qalibi seçilib.
 
Aztibb.az xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 19 tibb fakültəsi və kollecində təhsil alan 1418 tələbə təlimdə iştirak edərək post-testdən keçiblər. Onlardan cəmi 212 nəfəri müsabiqə çərçivəsində video təqdim edib. ÜST-ün ekspertlərindən ibarət münsiflər heyəti təqdim edilən videolar arasında 21-ni ölkə və ya təhsil müəssisəsi üzrə fərqləndirib. Beləliklə, ATU-nun təmsilçisi Cavid Mustafazadə Azərbaycan üzrə birinci yerə layiq görülüb.
 
Bundan əlavə, ATU-nun daha üç tələbəsi Aytən Əlihüseynli, Qüdrət Məmmədov və Ədalət Gəncəli fakültələr üzrə qiymətləndirmədə birincilik əldə ediblər.
 
Qaliblərə sertifikat və diplomlarla yanaşı, dəyərli hədiyyələrin də təqdim edilməsi nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır