Göz torbalarını aradan qaldırmaq üçün EFFEKTİV ÜSULLAR    
18.07.2021 11:48

Bildiyimiz kimi, göz ətrafındakı dəri həssas və zərif olur. Buna görə də göz altı torbalar insanı yorğun və qeyri-sağlam göstərir.

 

Aztibb.az göz altı torbalarını aradan qaldırmaq üçün effektiv üsulları sizə təqdim edir.

 

Bol-bol su için


Göz altındakı duz konsentrasiyası səbəbindən burda suyun yığılması baş verir. Bu da torbaların yaranmasına səbəb olur. Buna görə də çalışın duzlu yeməklərdən çəkinin. Qəhvə və spirtli içkilərdən uzaq durun.

 

Soyuq kompreslər edin

 

Qaşıqları buzlu suda isladıb, daha sonra torbaların üzərinə qoymaq asan və keyfiyyətli üsullardan biridir. Çünki soyuq torbaları yığır. Başqa bir üsul pambığı soyuq su və ya südlə isladaraq torbaların üstündə 15-20 dəqiqə saxlamaqdır.

 

Təbii vasitələrdən maskalar hazırlayın

 

Yumurtanın ağını göz altlarına tətbiq edin və 15 dəqiqə sonra soyuq su ilə yuyun. Bu zaman göz altındakı torbalar yığılacaq və dəri dartılacaq.

 

Bu problemi aradan qaldırmaq üçün ikinci təbii vasitə isə aloe bitkisinin gelidir. Bu geli göz ətrafına yavaşca yeridin. O qırışları hamarlaşdıracaq. Bu həmçinin üzünüzün nəmləndirmək üçün də effektiv üsuldur.

 

Bunlardan əlavə, yaşıl çay, kartof və xiyar dilimi də göz altı torbalarla mübarizə aparmağa kömək edir.

 

Yuxusuz qalmayın


Gözaltı torbaları aradan qaldırmaq üçün yuxu rejiminə mütləq fikir vermək lazımdır. Bunun üçün 8-9 saat yatmaq şərtdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev