“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb işçilərinə TƏLİMLƏR davam edir
17.07.2021 17:02

Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi tərəfindən yeni növ koronovirus (COVID-19) infeksiyasına qarşı mübarizəyə dəstək məqsədilə tibb işçiləri üçün keçirilən təlimlər davam etdirilir.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən verilən məlumata görə, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamenti ilə əməkdaşlıq çərçivəsində şəhər və rayonlarda yerləşən xəstəxanalarda fəaliyyət göstərən infeksiyaların profilaktikası və nəzarəti (İPN) komitələrinə təlim keçirilib.

 

Təlimlərin keçirilməsində məqsəd tibb müəssisələrində İPN tədbirlərinin qiymətləndirilməsi missiyaları ilə müəyyən edilmiş ehtiyacların qarşılanmasıdır.

 

Məlumata əsasən, 56 tibb işçinin qatıldığı təlimdə ÜST-ün İPN-lə bağlı əsas komponentlərinə əsaslanmaqla komitələrinin işinin effektiv şəkildə təşkil edilməsi, o cümlədən mövcud İPN tədbirlərinin müstəqil şəkildə monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi barədə məlumatlar paylaşılıb.

 

Qeyd edək ki, İPN komitələrinin bilik və bacarıqlarının artırılması təkcə COVID-19 və digər yoluxucu xəstəliklərin yayılmasına qarşı deyil, eyni zamanda, antimikrob preparatlara qarşı rezistentlik və xəstəxana daxilində infeksiyaların yayılmasına qarşı daha yaxşı mübarizə aparmağa kömək edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev