ATU-nun əməkdaşı nevrologiya mövzusunda keçirilən beynəlxalq konqresdə çıxış edib
17.07.2021 16:51
Ötən ay Avropa Nevrologiya Akademiyasının 7-ci Konqresi (EAN Congress, June 19-22, www.eanvirtualcongress.org) keçirilib. Konqresdə dünyanın müxtəlif ölkələrindən 12000-ə yaxın həkim-nevroloq iştirak edib.
 
Aztibb.az xəbər verir ki, beynəlxalq tədbirin sessiyalarında dünyanın ən qabaqcıl nevroloqları tərəfindən məruzələr təqdim olunub.
 
Konqresdə Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan bölmələrinin katibi, tibb üzrə fəlsəfə doktoru Şəhla Məlikova da iştirak edib. O, epilepsiyalı hamilə qadınlarda tutmaların doğuşun nəticələrinə təsiri mövzusunda məruzəsini təqdim edib.
 
Qeyd edək ki, konqresdə təqdim olunan məruzələrin tezisləri Avropa Nevrologiya Jurnalında dərc olunub (European Journal of Neurology, 28 (Suppl. 1), 558–752).
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır