Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət etdi
24.08.2020 10:56

Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, bu il Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövründə keçirilir:

“Bundan öncəki illərdə vətəndaşlarımız Aşura günlərində məscidlərə gedərək qanvermə aksiyalarında iştirak edirdilər. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin rejiminin tətbiqi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin bu il Aşura günü ilə bağlı qərarında deyilir ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər.

 

Mərkəzi Qan Bankı olaraq vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, müəssisəmizdə mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür”.

 

Müraciətdə daha sonra qeyd edilib ki, qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşlardan mövcud epidemioloji vəziyyəti nəzərə alaraq fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət etmələrini, qoruyucu tibbi maskalardan istifadə etmələri xahiş olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır