Mədinə Abdullayeva: "Delta" ştammı üçün xüsusi testlər aparılmalıdır" 
15.07.2021 19:15

Azərbaycana "Delta" ştammının təyini üçün tibbi ləvazimatlar gətirilib.

 

13 iyul Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilib ki, Azərbaycanda 31 nəfərdə B.1.617 (Delta) variantı aşkar olunub. 

 

Nümunələrdən 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar edilib.

 

Hazırda Azərbaycanda "Delta" ştammının təyini hansı üsullarla həyata keçirilir?

 

Mövzu ilə bağlı Mərkəzi Gömrük Hospitalının infeksionist həkimi Mədinə Abdullayeva bildirib ki, "Delta" variantının təyin olunması üçün ayrıca testlər aparılmalıdır.

 

"Normal şərtlərdə PCR testlərin vasitəsilə SARS-CoV-2-nin olduğu təyin olunur. Bu testi normal laboratoriyada aparmaq mümkündür. "Delta" ştammı üçün isə xüsusi testlər aparılmalıdır. Bu testlər bioloji qoruma səviyyəsi 3 olan laboratoryalarda aparılır. Orada virusun sekans analizi aparılmalıdır ki, hansı variant olduğunu göstərsin. Bunlar da hazırda TƏBİB-in tabeliyində olan laboratoriyalarda həyata keçirilir. İstənilən laboratoriyada "Delta" və ya başqa mutasiyaların təyini mümkün deyil", - deyə infeksionist bildirib.

 

Mədinə Abdullayeva əlavə edib ki, hazırda Azərbaycana "Delta" ştammını təyin etmək üçün tibbi ləvazimatlar gətirilib və bunlar TƏBİB tərəfindən aparılan analizlərdə istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev