Ət satışı məntəqəsində ciddi nöqsanlar aşkarlanıb
15.07.2021 19:07

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndində fəaliyyət göstərən ət satışı məntəqəsində yoxlama keçirilib.

 

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı məntəqədə ət satışının baytarlıq baxışı və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.

 

Belə ki, orqanoleptik baxış zamanı mənşəyi və keyfiyyətinə ciddi şübhələr yaranan ümumi çəkisi 34 kq olan ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində qeyd olunan ətin “E-coli”, “BÇQB” və “Streptococcus spp” bakteriyaları ilə çirkləndiyi və at əti olduğu aşkar olunub.

 

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 34 kq at ətinin satışının qarşısı alınıb.

 

Araşdırmalar davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır