Vərəmin müalicəsi və profilaktikasında müasir yanaşmalara dair layihəyə start verilib
15.07.2021 17:56

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Elmi Tədqiqat Ağciyər xəstəlikləri İnstitutunun (ETAXİ) birgə təşkilatçılığı ilə “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” adlı layihəyə start verilib.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətindən verilən məlumata görə, layihə Bakı və Regional dispanserlərdə fəaliyyət göstərən ftiziatrlar üçün nəzərdə tutulub.

 

Tədbirdə çıxış edən TƏBİB-in Davamlı Tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri, tibb elmləri doktoru Emil İskəndərov, Respublikanın baş ftiziatrı, professor Yavər Şıxaliyev, ETAXİ-nin direktoru, professor Həqiqət Qədirova vərəm xəstəliyinin yayılması, müayinə metodları, müasir laboratoriya üsulları, Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına uyğun müalicə metodları, eləcə də təlimlərin aparılmasının əsas prinsipləri haqqında ətraflı məlumat veriblər.

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev