“Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində təxminən 3000 nəfərə tibbi xidmət göstərilib
15.07.2021 17:11

“Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində təxminən 3000 nəfərə tibbi xidmət göstərilib.

 

Aztibb.az xəbər verir ki, bunu “Sağlamlıq Xəmsə”si layihəsinin Bərdədə keçirilən bağlanış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

O, bildirib ki, ötən müddət ərzində xüsusən qadınlara və uşaqlara səhiyyə xidmətləri göstərilib: “Həmçinin Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Ağdamdakı xəstəxanalara tibbi avadanlıqlar təqdim edilib. İkinci Qarabağ müharibəsi və yeni növ koronavirus pandemiyasının təsirlərinə məruz qalmış bu rayonlarda tibbi xidmətlərin əlçatanlığı olduqca vacibdir”.

 

Layihənin ucqar kəndlərdə icrası ilə bağlı danışan H.Harmancı qeyd edib ki, “Sağlamlıq Xəmsə”si layihəsi çərçivəsində, vətəndaşlar üçün tibbi xidmətin əlçatanlığı 5 mobil klinika vasitəsilə 25 ucqar kənddə təmin edilir.

 

Qeyd edək ki, “Sağlamlıq Xəmsəsi” layihəsi BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyi ilə Vətən müharibəsi və COVID-19 pandemiyasının təsirinə daha çox məruz qalmış rayonlarda zəruri səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün təşkil edilib. Layihə Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarını əhatə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır