Orqanizmi xərçəng hüceyrələrinin yaranmasından qoruyan - Günəbaxan tumu
15.07.2021 13:36

Günəbaxan toxumlarında 40-50 faizə qədər əla keyfiyyətli piyli yağ var. Həmin yağı bitkinin toxumları xüsusi press altında sıxılmaqla alınır. Bitkinin meyvələri yetişdikdən sonra onun tumu çərəz kimi istifadə edilir.

 

Günəbaxan tumunun orqanizmə olan faydaları tərkibində olan antioksidant və digər vitaminlərlə zəngin olmasıdır. Lakin bu faydalı çərəz bəzən asılılıq da yarada bilir.

 

Həkim-diyetoloq Ləman Süleymanovanın sözlərinə görə, onun tərkibində olan E vitamini sayəsində alınan antioksidant orqanizmi xərçəng hüceyrələrin yaranmasından qorumaqla yanaşı iltihab əleyhinə də təsir göstərir. Onun sümük-oynaq sisteminə və ürəyin fəaliyyətinə böyük faydası var. Tərkibindəki maqnezium sümük və oynaqlara, orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsinə kömək edir.

 

Lakin faydalı xüsusiyyətləri ilə yanaşı günəbaxan tumunun həddindən artıq qəbulu diyetoloqlar tərəfindən qəbulolunmaz hesab edilir: “Günəbaxan tumu ilə çox qidalananda gün ərzində daha çox kalori qəbul edilir və artıq çəkinin yaranmasına aparıb çıxarır. Xüsusilə duzlanmış və qovurulmuş günəbaxan tumlarını qəbul etmək düzgün deyil. Orta çəkisi olan hər kəsin gün ərzində iki ovuc, maksimum bir stəkana qədər duz vurulmayan günəbaxan tumu qəbul etməsi çox faydalıdır”, - deyə mütəxəssis əlavə edib.

 

Digər çərəzləri, məsələn, badam, fındıq və qozun çiy formada qəbulu məqsədəuyğun olduğu kimi günəbaxan tumunun da çiy formada qəbulu məsləhət görülür.

 

Lakin onun qədərində və günün müəyyən hissəsində qəbul edilməsini də unutmaq olmaz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev