Həkim-pediatr: "İməkləyən uşaqlar iməkləməyənə nisbətən oxuma və yazmada daha aktiv olur"
15.07.2021 10:52
Uşaqlar sərbəst oturmağı bacardıqdan sonra, yəni 7-8 aydan etibarən iməkləməyə başlayırlar. 
 
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva sosial şəbəkədə uşaqlarda iməkləmənin önəmi barədə paylaşım edib.
 
1) Sümük-əzələ sistemini möhkəmləndirir. Xüsusən qol, ayaq, qarın və çanaq əzələlərinin daha qüvvətli edir. Uşaq ayağı sağrıdan hərəkət etdirməyə, sağ ayaqla sol ayağı növbələşdirməyə başlayır. Onurğanın rotasion hərəkətləri formalaşır.
 
2) Müvazinəti saxlamaqda kömək edir.
 
3) Beyin və neyronal inkişafa təsir edir. İməklədikdə uşaqların əlləri və ayaqları çarpaz hərəkət edir. Buna gorə də hər iki beyin kürəsi aktivləşir və sinir hüceyrələrinin inkişafı sürətlənir. Uşaq öz hərəkətlərini balanslaşdırmağa və koordinasiya etməyi öyrənir, bu isə əzələ ilə yanaşı beyinin inkişafına təkan olur.
 
4) Görmə qabiliyyəti formalaşır. Bunun fonunda binokulyar görmə yaxşılaşır və gələcəkdə yaxşı oxumağa və yazmağa kömək edir. Əl və göz koordinasiyasını gücləndirir.
 
5) İməkləmə zamanı bütün ağırlığın qollarda və topuqda olması uşaqlarda incə motorikanı gücləndirir. Gələcəkdə topuq oynaqlarını bədənin ağırlığını saxlamağa hazırlayır.
 
6) Araşdırmalara görə, iməkləyən usaqlar iməkləməyənə nisbətən oxuma və yazmada, inkişafda daha aktiv olur. Səbəb isə çarpaz hərəkətlər sayəsində beyinin hər iki yarımkürəsinin birgə fəaliyətidir.
 
7) Uşaq həzz yaşayır, istədiyi əşyaya doğru hərəkət edir. Bu, uşağın gələcək inkişafı üçün çox güclü motivasiyadır. Öz gücünə əminlik və məqsədyönlük yaradır.
 
Həkim uşaqların fəqli olduğunu, bəzilərinin iməkləmədən gəzməyə başladıqlarını da əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev