Rasionunuza üzüm əlavə etmək üçün İKİ SƏBƏB
15.07.2021 10:43

Üzüm beyin, ürək, dəri və sağlam çəkinin qorunub saxlanılması üçün faydalıdır. Meyvədə bol miqdarda antioksidant, həmçinin vitaminlər və minerallar mövcuddur. Üzüm atışdırmalıq və salat üçün inqrediyent kimi mükəmməl vasitədir. Bundan başqa, onun iki əlavə faydalı üstünlüyü də var.

 

Aztibb.az medikforum.ru saytına istinadən həmin üstünlükləri təqdim edir:

 

Yuxunun yaxşılaşması

 

Üzümün yatmazdan əvvəl az miqdarda istifadəsi gecə daha möhkəm yuxuya kömək edəcək. Üzüm yuxu hormonu hesab olunan melatoninin təbii mənbəyidir.

 

Bağırsaqların sağlamlığı

 

2009-cu ildə aparılan pilot tədqiqat zamanı yoğun bağırsaq xərçəngi olan insanlara iki həftə ərzində hər gün üzüm yemək məsləhət görülmüşdü. Tədqiqatın nəticələrinə görə, alimlər aşkar ediblər ki, üzümün istehlakı yoğun bağırsaqda şişlərin artmasına məsul olan müəyyən genlərin ekspressiyasını aşağı salır. Bu tədqiqat üzümün xərçəngi müalicə etdiyini nəzərdə tutmasa da, onun istifadəsi pasiyentlərin sağlamlığına müsbət təsir edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev