Damaq keyləşdirici gellər valideynlərin sakit olması üçün istehsal olunub?
14.07.2021 16:38
"Valideynləri tez-tez narahat edən məsələlərdən biri də uşağın diş çıxarması ilə bağlıdır. Onlar belə olan halda uşağı sakitləşdirməyin yollarını axtarırlar. Öncə onu qeyd edim ki, insan orqanizmi mayası qoyulandan o qədər nizamlı, möhtəşəmdir ki, əlavə müdaxilə ancaq onun zərərinə ola bilər".
 
Bu barədə həkim-pediatr Aytən İsmayılzadə sosial şəbəkədə məlumat paylaşıb:
 
"Niyə diş çıxmazdan aylarla əvvəl onun yeri qaşınır. Olmazmı elə diş birbaşa çıxsın, uşağın da bundan xəbəri olmasın? Deməli, olmaz. İlk dişçıxma prosesində hansı hislərin baş verdiyini heç kim deyə bilməz. Çünki o, həyatın elə dövründə olur ki, uşaq nə danışa bilir, nə də danışanda xatırlaya bilir. 
 
Lakin ehtimal edirik ki, uşaqda narahatedici bir hal baş verir. Valideynlər də onun tez rahat olmasına çalışır. Dişin yeri ona görə qaşınır ki, uşaq onu qaşısın, nə iləsə sürtsün, nəyisə damağı ilə çeynəsin. Belə olanda damaqda qan dövranı güclənir, dişin çıxması üçün hazırlanır. Həm də bu narahatlıq uşağın özünün orqanizminin endorfinləri hesabına öhdəsindən gələ biləcəyi bir vəziyyətdir. Çunki hələ qarşıda çox narahatlıqlar olacaq. Bütün baş verəcək dəyişikliklərə orqanizm hazır olmalıdır. Diş çıxana aylar qalmış diş yeri qaşınmağa başlayır. Bütün bu dövrdə biz keyləşdirici gellərdən istifadə edə bilmərik. Ümumiyyətlə, onlar valideynlərin sakit olması üçün istehsal olunub.
 
Binti azca nəm edib dondurucuda soyudub, barmağınıza dolayın, uşağın damağına sürtərək yumşaq masaj edin. Bu zaman soyuq həm keyidici təsir edəcək, həm də qan dövranı aktivləşəcək".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev