İsti havada narahat yatmağın SƏBƏBLƏRİ
12.07.2021 16:44

Somnoloqların bildirdiyi kimi, isti havada yuxu keyfiyyətinin aşağı düşməsi yayılmış fenomendir. Gecə termometrdə civə 20 dərəcədən yuxarı göstərdikdə, istilik yuxu keyfiyyətinə birbaşa təsir göstərməyə başlayır.

 

Aztibb.az bildirir ki, Finlandiya Somnoloji Cəmiyyətinin rəhbəri Anu Muraya-Murro deyir: "İstiliyin çox olması yuxu axınını pozur və bununla da bizə daha az enerji verir". İsti gecələrdə bədən istiliyi yüksəlir, ürək və qan təchizatı sistemi həmişəkindən daha çox yüklənir. Ürək istilik ötürməsini artırmaq və bədəni sərinlətmək üçün dəri və əzalara daha çox qan vurmalı olur. Murronun sözlərinə görə, istidə bədəndə yüklənmə baş verir, məhz bu yuxu keyfiyyətini pozmasına səbəb olur. Gecə istidən oyanmaq yuxu bioritmlərini poza bilər. "İstilik yuxunun quruluşunu pozur, bu da dövrlərin nizamının pozulmasına gətirib çıxarır. Normal gecədə əvvəlcə yüngül yuxu, sonra dərin yuxu və daha sonra sürətli mərhələ başlayır. Bu yuxu mərhələləri dövrü olaraq təkrarlanır. Sürətli mərhələdə insan daha çox yuxu görür. Murronun qeyd etdiyi kimi, axşam keyfiyətsiz yuxu saatlarından sonra, səhər yorğunluğu, ilk növbədə bioritmlərin pozulması ilə əlaqələndirilir.

 

Hələ beş il əvvəl həkimlər və tədqiqatçılar yuxu zamanı xüsusi bir halın baş verməməsi, sadəcə bədənin istirahət etdiyindən əmin idilər. İndi bu fikir dəyişib. Yuxu vaxtı beyində aktiv təmizlənmənin getməsinin meydana gəlməsi sübut edilib. Bədən serebrospinal mayeni beyinə yönəldir və limfatik sistem sözün əsl mənasında onu təmizləyir. Bu sistem dərin yuxu mərhələsində beyindəki artıq maddələri xaric edir. Dərin yuxu mərhələsi pozulursa və ya baş vermirsə, beyin gecə "təmizlənmir". Bu səbəbdən insan səhər özünü gümrah hiss etmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev