Kondisionerdən uzun müddət istifadə müxtəlif xəstəliklərə səbəb ola bilər
12.07.2021 15:53

Havalar isti keçəndə kondisionerə tələbat artır. İşdə, evdə, avtomobildə, demək olar ki, hər yerdə kondisioner var. Düzdür, kondisionerlər sərinlik bəxş edir, amma bu cihazın havasının orqanizmə ziyanı da az deyil. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi müxtəlif problemlər yarada bilər.

 

Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay Məmmədova deyib: “İsti və soyuq hava cərəyanının bir-birini əvəz etməsi ürək-damar xəstəliyi olanlar üçün ziyandır. İsti havadan soyuğa keçəndə damarlarda kəskin spastik sindrom aşkarlanır. Buna görə də yay aylarında bu məqama xüsusi diqqət yetirmək lazımdır. Otağın temperaturu yayda 22 dərəcəyədək nizamlanmalıdır”.

 

Kondisionerlərin temperaturunu düzgün tənzimləməklə yanaşı, cihazın olduğu otaq mütəmadi olaraq havalandırılmalıdır. Ondan uzunmüddətli istifadə müxtəlif bakterial xəstəliklərə, dəri problemlərinə, baş və əzələ ağrısına səbəb olur.

 

Əsas məqamlardan biri də kondisionerin təmizliyidir, çünki filtrdə yığılan mikrob və bakteriyalar havaya qarışaraq infeksiyalar yaradır. Nəfəs yolunun infeksiyası legioner xəstəliyi və astma kimi allergik reaksiyaların artması ilə nəticələnir. Həmin bakteriyalar da ağciyərlərdə xəstəliyə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev